Aida Mahmudova: “012 Bakı Public Art Festivalı”nın gənc iştirakçılarından
olan Nəzrin Məmmədova əsərini Xəzər dənizinin
simvolu kimi təqdim etmişdir
Nəzrin Məmmədova əsərini Xəzər dənizinin simvolu kimi təqdim etmişdir. Buna uyğun olaraq, əsər "Xəzər" adlanır.
Bu sözləri "012 Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdimatından qabaq, "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova AzərTAc-a müsahibəsində demişdir. Bildirmişdir ki, installyasiyanın əsas vəzifələrindən biri iqlim dəyişiklikləri ilə şərtləndirilən təhlükələrin XXI əsrdə bəşəriyyət üçün həddindən artıq ciddi təhdid kimi qəbul edilməsinə auditoriyanın diqqətini yönəltməkdir. Akvariumun Bakı şəhərinin mərkəzində yerləşdirilməsi layihənin əsas detalıdır.
Müəllif əsərində Xəzər dənizinin
Azərbaycanın iqtisadi, mədəni və siyasi
inkişafında rolunu da qeyd etmişdir. Rəssam Aida Mahmudova
vurğulamışdır ki, hər tamaşaçı bu əsərdə
öz ideyasını tapa bilər. Eyni zamanda, N.Məmmədova
diqqəti ətraf mühitin, dənizin ekoloji vəziyyətinə
yönəltməyə çalışmışdır. Bu
da çox mühüm məsələdir. Biz hamımız Xəzər
dənizini qorumağa çalışmalıyıq.
Azərbaycan.- 2012.- 20 may.- S. 2.