Nəzrin Məmmədova:
Xəzər, həqiqətən də, bizim
qürurumuzdur
"YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində təqdim edilən layihə Xəzər dənizinə həsr olunmuşdur.
Bu sözləri "YARAT!" qeyri-kommersiya təşkilatının festivala təqdim olunan "Xəzər" əsərinin müəllifi Nəzrin Məmmədova AzərTAc-a müsahibəsində demişdir.
Bildirmişdir ki, nümayiş olunan akvarium dənizin suyu ilə doldurulmuşdur.
N.Məmmədova əsərində iki mövzunu qeyd etdiyini diqqətə
çatdırmışdır. Birincisi, dənizin
səviyyəsinin azalmasıdır. Dövrümüzə
gəlib çatmış söhbətlərdən, əfsanələrdən
dənizin böyük bir
ərazini, bu gün
çiçəklənən şəhərin müəyyən hissəsini əhatə
etdiyi anlaşılır.
İnstallyasiyanı Xəzər dənizinə abidə kimi həsr etdiyini söyləyən
N.Məmmədova ikinci mövzunun dənizin ekologiyası ilə
bağlı olduğunu bildirmişdir.
Bununla da bütün gənclərin
diqqətini dənizin təmiz saxlanmasının vacibliyinə
yönəltməyə çalışmışdır. Rəssam
bildirmişdir ki, Xəzər,
həqiqətən də, bizim qürurumuzdur.
Azərbaycan.- 2012.- 20 may.- S. 2.