“Euroclub”da “Eurovision-2012”
mahnı müsabiqəsinin
rəsmi açılışı
olmuşdur
Mayın 19-da "Euroclub"da
"Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi
açılış mərasimi
keçirilmişdir.
Mahnı müsabiqəsinin iştirakçıları
əvvəlcə ənənəvi
olaraq fanatların alqışları altında
qırmızı xalı
üzərindən keçərək
zala daxil oldular.
Açılış mərasimi atəşfəşanlıqla
müşayiət olundu.
AzərTAc xəbər verir ki, rəsmi açılışda "Eurovision" mahnı müsabiqəsinin
təşkilat komitəsinin
rəhbəri Yan Ola Sand müsabiqə
iştirakçılarına uğurlar arzuladı.
Sonra birinci olaraq "Eurovision-2011" müsabiqəsinin
qalibləri Eldar və Nigar "Running
scare" mahnısını ifa etdilər. Səhnəyə, həmçinin müsabiqənin
norveçli qalibi Aleksandr Rıbak çıxdı.
Gecədə müsabiqə iştirakçıları,
məşhur diceylər
konsert proqramları ilə çıxış
etdilər. Müxtəlif ölkələrin təmsilçiləri öz
repertuarlarından mahnılar
səsləndirdilər.
Rəsmi açılış mərasimində
nümayəndə heyətlərinin
üzvləri, fanatlar
və akkreditasiyadan keçmiş jurnalistlər
iştirak etdilər.
"Eurovision-2012"-nin rəsmi
açılışının keçirildiyi Bakı İdman Sarayında yerləşən "Euroclub"
müsabiqə iştirakçıları
üçün yaradılan
xüsusi bir məkandır.
Azərbaycan.- 2012.- 20 may.- S. 3.