Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü

 

 Xüsusi müxbirimiz xəbər verir ki, ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq  bildirildi, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 22 may.- S. 1.