Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyanın Baş naziri Yanez Yanşa ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında münasibətlərin son dövrlərdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan-Sloveniya əlaqələrinin iqtisadi, xüsusilə də enerji, sərmayə qoyuluşu sahələrində və müxtəlif layihələrdə birgə iştirakı baxımından əhəmiyyəti qeyd edildi.

Tərəflər ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində daha da genişlənməsinin yaxşı potensialı olduğunu vurğuladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 22 may.- S. 1.