Azərbaycan Prezidenti İlham
Əliyevin Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Bakir İzzetbekoviç
ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 22 may.- S. 1.