Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, mayın 20-də ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Siyasi sahədə əlaqələrimizin möhkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirildi.

Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 22 may.- S. 1.