Azərbaycan Prezidenti İlham Əliyev Çikaqoda dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşündə iştirak etmişdir

 

Xüsusi müxbirimiz xəbər verir ki, mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının görüşü olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.

NATO-nun baş katibi Anders Foq Rasmussen və ABŞ Prezidenti Barak Obama çıxış edərək gündəlikdəki məsələlərdən danışmışlar.

Dövlət başçısı görüşdə çıxış etmişdir.

Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdirmişlər.

(Görüşdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 22 may.- S. 1.