Yəmən Respublikasının Prezidenti zati-aliləri cənab Abdurabbih Mənsur Hadiyə

 

Hörmətli cənab Prezident!

 

Ölkənizin milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Yəmən arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və rifah diləyirəm.

 

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 may.- S. 2.