A.Ə.Əlizadənin Şərəf ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Aqşin Əliqulu oğlu Əlizadə "Şərəf" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 may.- S. 2.