Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Samirə Oktay qızı Bayramovanın və İradə Musa qızı Şabanovanın şikayətinə baxılaraq onların icraata qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.

Şikayətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyun ayının 7-nə və 12-nə təyin edilmiş iclaslarında baxılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 22 may.- S. 2.