“Eurovision – 2012” mahnı müsabiqəsi ilə bağlı radio-televiziya sistemi təhvil verilmişdir

 

 Azərbaycanda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsi ilə bağlı tətbiq ediləcək radio-televiziya sistemi təhvil verilmişdir.

Hazırda sistemin dayanıqlılığı etibarlılığını təmin etmək, həmçinin baş verə biləcək müəyyən kiberhücum problemlərinin qarşısını almaq üçün tədbirlər görülür.

Rabitə İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, internet tamamilə hazırdır istifadəyə veriləcəkdir. Mobil operatorlar bu istiqamətdə işləri artıq tamamlamışlar. "Eurovision"ın rəsmi saytı öz qaydasında işləyir.

"Eurovision - 2012" mahnı müsabiqəsinin təşkili ilə bağlı tədbirlər planı üzrə işlər davam etdiriləcək telekommunikasiya, radio-televiziya verilişlərində, internetdə problemlər olmayacaqdır.

 

 

Azərbaycan.- 2012.- 13 may.- S. 9.