Haaqada “İran,
Azərbaycandan əlini çək!”
şüarı altında etiraz
aksiyası keçirilmişdir
Mayın 20-də Benilüks Azərbaycanlıları Konqresi (BAK) Niderland Krallığının Haaqa şəhərindəki parlament binasının qarşısında "İran, Azərbaycandan əlini çək!" şüarı altında etiraz aksiyası keçirilmişdir.
Konqresdən AzərTAc-a bildirmişlər ki, nümayişçilər İranın apardığı antiazərbaycan təbliğatını birmənalı şəkildə qınamış, bu siyasəti müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qiymətləndirdiklərini bəyan etmişlər.
BAK-ın yaydığı bəyanatda
İranın bəzi siyasi dairələrinin
Azərbaycanda gedən sürətli inkişafdan
və bunun Güney Azərbaycanda
milli azadlıq hərəkatının
başlanmasına stimul verə biləcəyindən
narahat olduqları qeyd
edilmişdir. "Bu
baxımdan İranda Azərbaycan dövləti
və dövlətçiliyi əleyhinə əsassız ittihamlar və bəyanatlar səslənməkdədir.
Hətta Azərbaycanda guya dövlət tərəfindən
dini etiqad azadlığının
boğulduğu görüntüsünü
yaratmağa səy göstərirlər. Halbuki İran özü Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi, irqi
ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi haqqında Beynəlxalq
Konvensiya milli və yaxud etnik, dini
və dil azlıqlarına mənsub şəxslərin
hüquqları haqqında BMT Bəyannaməsinin müddəalarına
hörmətsizlik nümayiş etdirərək Güney Azərbaycanda yaşayan
35 milyon azərbaycanlının
hüquqlarını pozur, onların ana dilində təhsil almaq,
milli kimliyini yaşatmaq, adət və ənənəsini təbliğ
etmək hüquqlarını əllərindən alaraq məqsədyönlü şəkildə
bu xalqı məhv etməyə çalışır"
- deyə bəyanatda vurğulanır.
Azərbaycan.- 2012.- 22 may.- S. 11.