Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri

 

 Prezident İlham Əliyev Çikaqoda dövlət hökumət başçılarının Əfqanıstan üzrə görüşündə iştirak etmişdir  

 

Xəbər verdiyimiz kimi, mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət hökumət başçılarının Əfqanıstan üzrə görüşü olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.

NATO-nun sayca 25-ci sammiti 13 illik fasilədən sonra yenidən ABŞ-da keçirilmişdir. Dünyanın 28 ölkəsinin dövlət hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası  müzakirə olunmuşdur.

Görüşü açan NATO-nun baş katibi Anders Foq Rasmussen bildirdi ki, bu gün burada Əfqanıstan dövlətinin əfqan xalqının gələcəyi müzakirə edilir.

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı fəaliyyətindən danışan NATO-nun baş katibi qeyd etdi ki, bu qüvvələr terror ilə mübarizədə fəal rol oynamışlar. Hazırda Əfqanıstanda NATO qüvvələrinin səlahiyyətlərinin ölkə polisinə hərbçilərə həvalə olunması prosesi davam edir.

ABŞ Prezidenti Barak Obama da görüşdə çıxış edərək Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən əməliyyatları yüksək qiymətləndirdi bildirdi ki, alyansın iki il əvvəl Lissabon Sammitində qəbul olunmuş qərara əsasən, NATO qüvvələrinin səlahiyyətlərinin yerli təhlükəsizlik qüvvələrinə verilməsi prosesinə başlanmışdır. Əfqanıstanın 75 faiz ərazisinə artıq əfqanlar özləri nəzarət edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.

Dövlətimizin başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğuladı. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir.

Prezident İlham Əliyev dedi ki, Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcəkdir.

Görüş başa çatdıqdan sonra dövlət hökumət başçıları birgə foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 23 may.- S. 1.