Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına Əməkdar mühəndis fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aşağıdakı əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adı verilsin:

 

Ramazanov Xəlil Ramazan oğlu

Rəsulov Azad Hüseyn oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 23 may.- S. 2.