Serbiya Respublikasının Prezidenti zati-aliləri cənab Tomislav
Nikoliçə
Hörmətli cənab Prezident!
Serbiya
Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm
ki, Azərbaycan-Serbiya dövlətlərarası münasibətləri,
ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq
əlaqələri xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da inkişaf edəcək və
genişlənəcəkdir.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
Serbiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 may 2012-ci il
Azərbaycan.- 2012.- 23 may.- S. 2.