1941-1945-ci
illər Böyük Vətən
müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş
şəxslərə birdəfəlik maddi
yardım verilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq 1941-1945-ci illər Böyük Vətən
müharibəsində Qələbənin 67-ci
ildönümü ilə əlaqədar qərara alıram:
1.
1941-1945-ci illər Böyük Vətən müharibəsinin
iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində,
Böyük Vətən müharibəsində həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, həmin
dövrdə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə,
İkinci Dünya müharibəsi illərində
döyüşən cəbhələrin arxa hüdudları,
yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
Böyük Vətən müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif
edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin
mühasirəsinin iştirakçılarına 200,0 (iki
yüz) manat məbləğində birdəfəlik maddi
yardım verilsin.
2. Bu
sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:
2.1.
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 7,5 milyon (yeddi milyon beş yüz min)
manat vəsait ayrılsın;
2.2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə
Fondunun xüsusi hesabına köçürülməsini təmin
etsin;
2.3.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə
Fondu birdəfəlik maddi yardımın bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə
çatdırılmasını təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 1 may.- S. 1.