Viktor Orban: Azərbaycan Macarıstanın
iqtisadi siyasətinin əsas prioritetlərindən
biridir
Azərbaycan Macarıstanın iqtisadi siyasətinin əsas prioritetlərindən biridir.
AzərTAc Macarıstanın nüfuzlu
"Budapest Times" qəzetinə istinadla
xəbər verir ki, bu sözləri
ölkənin Baş naziri Viktor Orban demişdir.
Baş nazir Macarıstanın beynəlxalq
əlaqələrini, o cümlədən
Şərq ölkələri
ilə əməkdaşlığını
inkişaf etdirmək niyyətində olduqlarını
bəyan etmişdir.
"Biz Qərb alyansının
bir hissəsi, Avropa İttifaqı və NATO-nun üzvüyük. Amma
Şərqə açılmaq da vacibdir. Azərbaycan, Çin,
Səudiyyə Ərəbistanı, Hindistan
və Rusiya Macarıstanın iqtisadi siyasətinin əsas prioritetlərindən
biridir", - deyə V.Orban
bildirmişdir.
Azərbaycan.- 2012.- 1 may.- S. 1.