Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin bəyanatı

 

Aprelin 30-da Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin bəyanatı yayılmışdır. AzərTAc bəyanatı təqdim edir. Bəyanatda deyilir:

"Bir müddət əvvəl Azərbaycanda çıxan "Yeni Azərbaycan" qəzetində Almaniyanın bəzi dairələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən fəaliyyətlə bağlı dərc olunan məqaləyə Almaniyanın Azərbaycandakı səfirliyi mövqe bildirmişdir.

Almaniyanın Bakıdakı səfirliyinin məsələyə bu cür reaksiyası təəccüb doğurur. Birincisi ona görə ki, Almaniyada olduğu kimi, Azərbaycanda da mətbuat müstəqildir Azərbaycan hökumətinin mətbuat orqanlarına təsir göstərmək səlahiyyətləri yoxdur. Digər tərəfdən, Almaniyada artıq bir müddətdir, yəni Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki qələbəsindən sonra bəzi dairələr tərəfindən birdən-birə sistemli şəkildə çirkin antiazərbaycan kampaniyası aparılmaqdadır. Məyusedici haldır ki, həmin kampaniyada Almaniya hökumətinin insan haqları humanitar yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Avropa Şurasındakı təmsilçisi Kristofer Ştrasser eləcə Almaniya Bundestaqının bəzi deputatları da fəal  iştirak etmişlər hazırda iştirak etməkdədirlər. Bu kampaniyaya eləcə , Almaniyanın bir sıra mətbuat orqanları, o cümlədən "Şpigel", "ARD" kimi media qurumları təbliğat dəstəyi verməkdədir.

Kampaniya nəticəsində yayılan məlumatların mahiyyətindən aydın şəkildə görünür ki, Almaniyada bəzi dairələr Azərbaycanın imicinə zərbə vurmaq məqsədi güdürlər.

Lakin biz hesab edirik ki, bu cür böhtan uydurma dolu kampaniya alman xalqının Azərbaycana olan mövqeyini dəyişdirə bilməz bu kampaniyanı aparanlar Azərbaycan ilə Almaniya arasında uzun illərdir formalaşmış sıx mehriban dostluq əməkdaşlıq münasibətlərinə zərbə vurmaq məqsədinə çatmayacaqlar".

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 1 may.- S. 3.