Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 

¹ 91 Bakı şəhəri, 30 aprel 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə

 

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 446; 2010, ¹ 12, maddə 1123) ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"nın 4.1-ci bəndində "götürülə bilər" sözləri "götürülür" sözü ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Resrublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 2 may.- S. 2.