Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Bişkekdə keçirilən Azərbaycan-Qırğızıstan hökumətlərarası əməkdaşlıq komissiyasının birinci (HƏK) iclası çərçivəsində Qırğızıstanın Baş naziri Omurbek Babanov HƏK-in Azərbaycan tərəfdən həmsədri, Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan O.Babanov ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirmiş, əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır. Onun sözlərinə görə, müstəqillik illərində ilk dəfə HƏK-in birinci iclası keçirilmişuğurlu nəticələr əldə olunmuşdur.

"Qırğızıstan Prezidenti Almazbek Atambayevin Azərbaycana səfəri, dövlət başçısı İlham Əliyev ilə görüşü, danışıqların uğurla keçməsi bir daha onu göstərir ki, hər iki ölkə əlaqələrin genişləndirilməsində maraqlıdır. Əminəm ki, ən yaxın vaxtlarda razılaşmalar icra olunacaqdır", - deyə Baş nazir vurğulamışdır.

Qırğızıstanda neft emalı zavodunun tikintisinibununla əlaqədar işçi qrupunun yaradılması haqqında Azərbaycanın qərarını dəstəklədiyini bildirən O.Babanov Azərbaycan sahibkarlarını   Qırğızıstanın energetikabank sektorunun digər investisiya layihələrində iştirak etməyə çağırmışdır.

Y.Eyyubov iclasın yüksək səviyyədə təşkilinə görə Qırğızıstan tərəfinə minnətdarlığını bildirmiş, bu tədbirin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm qərarın olduğunu demişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Qırğızıstanda böyükkiçik su elektrik stansiyalarının tikintisini də planlaşdırır.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 2 may.- S. 2.