İtaliya Respublikasının Prezidenti
zati-aliləri cənab
Ciorcio Napolitanoya
Hörmətli cənab Prezident!
Ölkənizin şimalında baş vermiş zəlzələnin
doğurduğu insan tələfatı və ciddi dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə
əlaqədar Sizə,
həlak olanların ailələrinə və
yaxın adamlarına dərin hüznlə başsağlığı verir,
yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə
aradan qaldırılmasını
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 may 2012-ci il
Azərbaycan.- 2012.- 23 may.- S. 2.