Professor Nərgiz PAŞAYEVA:
Macarıstanın “Xidmətlərə
görə” komandor xaç ordeni ilə təltif
edilməyim mənə qürur hissi bəxş etdi
Macarıstanın "Xidmətlərə görə" komandor xaç ordeni ilə təltif edilməyim mənə qürur hissi bəxş etdi. Macarıstan Prezidentinin bu qərarı təkcə mənim üçün deyil, xalqlarımız arasında dostluq əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafı baxımından önəmli bir hadisədir.
AzərTAc xəbər verir ki, bu sözləri aprelin 30-da jurnalistlərə müsahibəsində Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz xanım Paşayeva söyləmişdir.
Macarıstanın zəngin mədəniyyətinin həm də nadir xüsusiyyətlərə malik olduğunu deyən Nərgiz xanım Paşayeva burada Şərq ab-havasının aydın şəkildə hiss edildiyini diqqətə çatdırmışdır.
N.Paşayeva demişdir: "Mən özümü
çox xoşbəxt hiss
edirəm ki, bu mükafata doğma Vətənim
olan Azərbaycanın nümayəndəsi
kimi layiq
görülmüşəm".
Azərbaycan.- 2012.- 2 may.- S. 4.