BMT baş katibi və UNESCO-nun baş direktoru Dünya Mətbuat
Azadlığı Günü münasibətilə
birgə müraciət yaymışlar
BMT-nin baş katibi Pan Gi Mun və UNESCO-nun baş direktoru İrina Bokova 3 may - Dünya Mətbuat Azadlığı Günü münasibətilə birgə müraciət yaymışlar.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AzərTAc-a daxil olmuş müraciətdə ifadə azadlığının ən dəyərli insan hüquqlarından biri olduğu, bunun bütün digər azadlıqların əsası olub insan ləyaqətinin təməlini təşkil etdiyi qeyd olunmuşdur. Vurğulanmışdır ki, bu hüququn mövcudluğu üçün isə ən vacib amil azad, plüralist və müstəqil mediadır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində qeyd olunduğu kimi, mətbuat azadlığı hər kəsə əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək, dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitəsilə informasiya və ideyaları qəbul etmək və yaymağa icazə verir. Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq vacibdir.
Müraciətdə qeyd olunmuşdur ki, Dünya Mətbuat Azadlığı Günü mətbuat azadlığı naminə
mübarizə bayrağını qaldırmaq üçün
verilmiş bir
imkandır. Biz üzv dövlətlərə,
dünyanın hər yerində fəaliyyət göstərən
peşəkar media və qeyri-hökumət
təşkilatlarına səslənərək onları həm
internet, həm də digər yerlərdə
beynəlxalq qəbul olunmuş prinsiplər
əsasında özünü sərbəst
ifadə etmək azadlığının
inkişafına töhfə vermək üçün
BMT ilə gücləri birləşdirməyə
çağırırıq. Bu, fərdi hüquqlar üçün
bir sütun, sağlam cəmiyyətlərin təməli və
sosial dəyişiklik üçün
gücdür.
Azərbaycan.- 2012.- 2 may.- S. 4.