Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Bronislav Komorovskiyə

 

Hörmətli cənab Prezident!

 

Polşa Respublikasının milli  bayramı - Konstitusiya günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Polşa münasibətləri bu gün dinamik inkişaf yolundadır. Siyasi, iqtisadi humanitar sahələrdə əməkdaşlığımızın yüksək səviyyəsi məmnunluq doğurur. Avropa İttifaqının həyata keçirdiyi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində, eləcə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində qarşılıqlı işimiz ikitərəfli əlaqələrimizin əhatə dairəsini daha da genişləndirməkdədir.

Əminəm ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın inkişaf perspektivlərinin reallaşdırılması üçün bundan sonra da səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq firavanlıq arzulayıram.

 

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 3 may.- S. 1.