Əli HƏSƏNOV: Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunmuşdur

 

 Mayın 2-də Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair seminar keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov seminarda çıxış etmişdir.

Müstəqillik illərində Azərbaycanda dövlət tərəfindən söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldığını bildirən Əli Həsənov demişdir: "Ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Biz daxili siyasətdə dövlətin media siyasətini formalaşdırarkən dörd əsas prinsipi qarşımıza məqsəd qoyduq. Bunlardan birincisi, siyasi plüralizmin bərqərar edilməsi, ikincisi, söz və mətbuat azadlığının təmin olunması, üçüncüsü, demokratikazad mətbuatın formalaşdırılması və nəhayət dördüncüsü, bu sahə üzrə dünyadaAvropa Şurası çərçivəsində mövcud olan ən qabaqcıl hüquqi-normativ bazanın öyrənilməsi və Azərbaycan qanunvericiliyinin ona uyğunlaşdırılmasıdır".

Bu dörd vəzifəni əsas götürən hakimiyyətin, yəni Prezident Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda demokratik mətbuatın formalaşması və onun sürətli inkişafının təmin edilməsi məqsədi ilə geniş islahatlara başladığını vurğulayan Prezident Administrasiyasının rəsmisi demişdir: "1993-cü ildən başlayaraq Azərbaycanda həmin bu dörd vəzifənin reallaşdırılması dövlət siyasətinin əsas istiqamətləri elan edildi. 1995-ci ildə müstəqil Azərbaycan özünün yeni Konstitusiyasını qəbul etdi. Konstitusiyanın əsas prinsiplərindən biri ondan ibarətdir ki, Azərbaycan dövlətində söz, fikir və məlumat azadlığı, hər kəsin məlumat almaqyaymaq hüququ, KİV-lər üzərində senzuranın yolverilməzliyi dövlətin əsas prinsipidir. Bunun ardınca Azərbaycan dövləti siyasi iradəsi və böyük səyləri nəticəsində respublikada bu prinsiplər üzrə real fəaliyyətə başladı".

Əli Həsənov diqqətə çatdırmışdır ki, ötən illərdə plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran əsas süni maneələr aradan qaldırıldı. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbulu və Avropa standartlarına uyğunlaşdırılması prosesinə keçdik. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olundu. O vaxta qədər Azərbaycanda qəzetlər səhifələnirdi, çapa getməmişdən əvvəl senzura idarəsinə göndərilirdi. Senzorlar səhifələri oxuyurdu, məqbul hesab etdiyinə icazə verirdi, məqbul hesab etmədiyini buraxmırdı. Senzura  idarəsinin ləğv olunması ilə buna son qoyuldu.

Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etmişdir ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi.

Demokratik islahatların ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunduğunu xatırladan Əli Həsənov demişdir: "Bununla da dövlət mətbuat üzərində nəzarət funksiyasından imtina etdi. Hazırda postsovet məkanında yalnız Azərbaycan və Gürcüstanda mətbuat və informasiya nazirliyi yoxdur. Qalan ölkələrin hamısında bu nazirlik fəaliyyət göstərir. Mətbuat və informasiya nazirliyinin ləğv olunmasından sonra Azərbaycanın jurnalistika həyatında bir boşluq yarandı. Jurnalistika normaları harada işlənməlidir, əsas kodekslər harada formalaşmalıdır, jurnalistlərin ictimai idarəçiliyini kim həyata keçirməlidir, jurnalistlər şikayətini kimə etməlidir, jurnalistin həyatı ilə bağlı problemləri kim həll etməlidir?! Bütün bu suallarla bağlı müzakirələr, ictimai dinləmələr ona gətirib çıxardı ki, 2003-cü ildə Azərbaycan jurnalistləri bir araya gəlib qurultay keçirdilər və qurultayda indi mövcud olan Mətbuat Şurasını yaratdılar.

Əli Həsənov vurğulamışdır ki, Mətbuat Şurası yaranan gündən Azərbaycan hökuməti media üzərindəki bütün təsir mexanizmlərindən imtina etmişdir.

"Mətbuat ictimaiyyətinin iştirakı ilə 1999-cu ildə Azərbaycan hökuməti KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin yeniləşdirilməsi prosesinə başladı. 1999-2002-ci illər arasında Azərbaycanda mətbuat necə olmalıdır, qanunlar hansı standartlara cavab verməlidir mövzularında debatlar aparıldı və Avropa Şurasının standartları çərçivəsində AŞ-nin ekspertləri ilə birlikdə Azərbaycanın yeni media qanunu qəbul edildi.  Yeni qanun mətbuat azadlığını məhdudlaşdıran hər hansı bir tədbirin tətbiqini birmənalı şəkildə qadağan edir. Vəzifəli şəxsin və ya dövlət strukturunun KİV-lərin fəaliyyətinə hər hansı müdaxiləsi cinayət məsuliyyəti doğurur. Yeni qanuna görə, Azərbaycanda media orqanı təsis etmək və jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün heç kimin icazəsinə ehtiyac yoxdur. Yeni qanuna görə, hər bir media fəaliyyəti ilə məşğul olan insan 7 gün müddətində öz bəyanatını qeydiyyat orqanına təqdim etməklə mətbuat orqanı təsis edə və onun fəaliyyətini həyata keçirə bilər", - deyə Əli Həsənov bildirmişdir.

2002-ci ildə Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq şəraitində beynəlxalq standartlara uyğun olaraq "Televiziyaradio yayımı haqqında" yeni qanunu işləyib hazırladığını və qəbul etdiyini söyləyən Prezident Administrasiyasının rəsmisi demişdir: "2003-cü ildə bu qanunu və Azərbaycanda teleradio siyasətini həyata keçirən Milli TeleviziyaRadio Şurası yaradıldı. Bu Şura öz fəaliyyətində yalnız qanuna tabedir. Lakin media haqqında qanunun qəbul olunması, mediada demokratik mühitin yaradılması kimi məsələləri təmin edəndən sonra ortaya başqa bir problem çıxdı. Jurnalistlər istədikləri informasiyanı sərbəst şəkildə toplamaq üçün çətinlik çəkdilər. Müraciət etdikləri qurumların bəziləri onlara informasiya verməkdən imtina etdilər. Biz Mətbuat Şurası ilə birlikdə bu sahədə problemləri aradan qaldırmaq üçün fəaliyyətə başladıq. O zaman media institutu və digər təşkilatların tövsiyələrini toplayaraq "Dövlət sirri haqqında" və "İnformasiya əldə etmək haqqında" iki qanun qəbul etdik. Bu qanunlar  Azərbaycanda informasiyanın sərhədlərini müəyyən etdi, məmurların jurnalistlərlə ünsiyyətinin əsasını yaratdı. Məmurlar qarşısında vəzifə qoyuldu ki, jurnalistin hər bir müraciətini vaxtında cavablandırmaq məsuliyyətinə malikdirlər. Beləliklə, 2005-ci ildən Azərbaycanda informasiya azadlığını tam təmin etdik".

Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, 2005-ci ildə Azərbaycan ictimaiyyətinin tələbinə və Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərə müvafiq olaraq, ölkədə İctimai Televiziya yaradılmışdır.

2004-cü ildə "İctimai televiziyaradio yayımı haqqında" qanun Avropa standartlarına uyğun olaraq Avropa Şurası ilə birlikdə işlənildi, onun yayım siyasəti və yayım şurasının formalaşdırılması normaları Avropa standartlarına uyğunlaşdırıldı. Nəticədə, biz bu gün 57-ci "Eurovision" mahnı yarışmasını keçirən İctimai Televiziyaya malikik. Bu televiziyanın fəaliyyətində nəyin yaxşı, nəyin pis olduğunu ictimaiyyət dəyərləndirir. Müstəqillik illərində Azərbaycanda dövlət tərəfindən söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1998-ci ildən Azərbaycanda print-media bütün dövlət vergilərindən azad olundu. Azərbaycanda print-medianın 1998-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dövlət Nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi", - deyə Əli Həsənov diqqətə çatdırmışdır.

Prezident Administrasiyasının şöbə müdiri çıxışına davam edərək demişdir: "Xüsusi qeyd etmək istəyirəm ki, 2000-ci ildən başlayaraq Azərbaycan milli mətbuatının yubileyləri hər il dövlət səviyyəsində qeyd olunur və mətbuat orqanlarının hər birinə dövlət tərəfindən qrantlar ayrılır. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, uzun müddət mediada çalışmış jurnalistlər üçün dövlət tərəfindən ev inşa edilir və təmənnasız olaraq gələn il həmin evlər jurnalistlərə paylanacaqdır. 2008-ci il iyulun 30-da Azərbaycan Prezidentinin sərəncamı ilə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub və 2009-cu ildə xüsusi fond yaradılıb. Hər il bu fond yüzlərlə jurnalistə jurnalist müsabiqəsi çərçivəsində yardım edir, mükafatlar verir, media orqanlarına qrantlar ayırır.

Hazırda Azərbaycanın real həyatında KİV sahəsində dünya standartlarına uyğun plüralist media, elektron və yazılı KİV-lərin formalaşdığını qeyd edən Əli Həsənov bildirmişdir: "KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutub. Azərbaycanda 4600 mətbuat orqanı uçota götürülüb, yüzlərlə informasiya portalı yaradılıb, 50-dən çox informasiya agentliyi qeydiyyata alınıb və fəaliyyət göstərir. Bunların sırasında gündəlik, həftəlik və digər fəaliyyət növləri ilə məşğul olan media orqanları vardır. Çoxsaylı milli informasiya agentliyi insanları ölkədə və dünyada baş verən hadisələrlə tanış edir. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur. Xarici dillərdə - rus dilində 40, ingilis dilində 12 qəzet və jurnal, türk, fransız, alman, ərəb və başqa dillərdə də bir sıra mətbuat orqanları və bülletenlər nəşr olunur. Təsis edilən KİV-lərin əksəriyyəti, 3 dövlət qəzeti istisna olmaqla, özəl qurumlara, siyasi partiyalara və şəxslərə məxsusdur. Azərbaycanda genişzolaqlı sərbəst internet fəaliyyət göstərir. Ölkədə son illərdə informasiyakommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaradıb və Azərbaycanı lider ölkələr sırasına çıxarıb. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 50 faizindən çoxunu təşkil edir. Otuzdan artıq internet provayderi bu sahədə xidmət göstərir. Azərbaycanda genişzolaqlı sürətli internet istifadəçilərinin sayı hazırda 30 faizə yaxınlaşır. Bu isə orta ümumdünya göstəricilərindən 2,5 dəfə yüksəkdir. ".az" domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 4,5 dəfə artıb və 12 mini keçib. Son 4 ildə internet trafikin giriş-çıxış həcmi dəfələrlə artıb, internet xidmətlərindən istifadə haqları azalıb.

Əli Həsənov demişdir ki, 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziyaradio kanalları açılıb və son illər kabel televiziyasının miqyası getdikcə genişlənməkdədir.

"Hazırda Azərbaycanda 9 ümumrespublika televiziyası, bir peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında "Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC yaradılıb. Elə həmin il İctimai TeleviziyaRadio Yayımları Şirkəti fəaliyyətə başlayıb. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb və 2012-ci ilin sonunadək biz tam olaraq rəqəmsal yayıma keçəcəyik, azad peyk sisteminin yeni modern texnologiyasını tətbiq edəcəyik. Hazırda Azərbaycanda 53 jurnalist təşkilatı qeydiyyatdan keçib, 30 media təşkilatı birbaşa söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi və s. sahədə fəaliyyət göstərir. Ölkədə müstəqil media yayımı həyata keçirən 23 kommersiya strukturu mövcuddur", - deyə Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırmışdır.

Azərbaycan hakimiyyətinin siyasi plüralizim, söz və məlumat azadlığı ilə bağlı iradəsini seminar iştirakçılarına çatdıran Əli Həsənov demişdir: "Azərbaycan görülən bütün bu işlərlə kifayətlənmir. Bizim problemlərimiz yetərincədir. İki əsas problemi diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan biri azad medianın dairəsinin hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə olmaması, onların genişləndirilməsi ehtiyacıdır. Azad medianın dairəsini getdikcə genişləndirməliyik. İkincisi, jurnalistlərimizin peşəkarlığını artırmalıyıq. Çünki azad medianın dairəsi genişləndikcə qeyri-peşəkar jurnalistlərdən cəmiyyət, dövlət və insanlar əziyyət çəkir. Biz hazırda diffamasiya haqqında qanunun qəbul olunması ərəfəsindəyik. Mən bütün jurnalist təşkilatlarına təşəkkür etmək istəyirəm ki, bu qanun layihəsinin hazırlanmasında və müzakirəsində ATƏT və QHT-lərlə birlikdə iştirak ediblər və belə bir qanun layihəsi hazırlamışıq. Azərbaycan Prezidenti bu qanunu qəbul etmək iradəsini ortaya qoyub. Lakin biz jurnalistlərdən qarşılıqlı addım gözləyirik. Nədir bu addım? Bütün Azərbaycan jurnalistləri jurnalistlərin vahid əxlaq kodeksini qəbul etməlidir. Cinayət məsuliyyətindən jurnalisti o zaman azad etmək olar ki, o, cəmiyyət qarşısında öz məsuliyyətini dərk edirvahid əxlaq kodeksinə tabe olur. Güman edirəm ki, bugünkü dialoqdan sonra da biz bu sahədə işlərimizi davam etdirəcəyik. Biz bütün tənqidlərə açığıq, bütün konstruktiv təklifləri qəbul və müzakirə etməyə hazırıq. Biz Azərbaycanı Avropanın, Azərbaycan cəmiyyətini demokratik Avropa cəmiyyətinin tərkib hissəsi kimi görmək istəyirik. Əlbəttə, 20 ilə Azərbaycanda Avropanın yüz illərlə qurduğu demokratiyanı, siyasi plüralistik mühiti yaratmaq çətindir. Bu məsələdə bizim mentalitetimiz də nəzərə alınmalıdır. Biz jurnalistlərimizin peşəkarlığını və məsuliyyətini artırmalıyıq. Bu, əlbəttə, bizim arzumuzdur. Avropa 200 ildir bunu edir və müəyyən nailiyyətlər də qazanıb".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 may.- S. 5.