İnkişaf və yüksəlişin daha uğurlu mərhələsi

 

Azərbaycan 2020: Güclü dövlət, yüksək rifah

 

 Azərbaycanın dinamik tərəqqisi, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması ölkəmizin qısa müddətdə möhtəşəm inkişaf yolu keçdiyini qətiyyətlə söyləməyə əsas verir. Bu uğurların kökündə dayanan əsas səbəb ulu öndər Heydər Əliyevin siyasi kursunun, müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsidir.

 

 Azərbaycan inkişafın özünəməxsus modelini yaratmaqla sürətli tərəqqiyə nail olub

 

 Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən sonrakı dövr dünya iqtisadiyyatında pozitiv meyillərlə yanaşı, təbəddülatlarla da əlamətdardır. Xüsusən 2008-ci ildən sonra başlanan beynəlxalq iqtisadi və maliyyə böhranı nəticəsində əksər ölkələr ciddi sınağa məruz qaldı. Əslində, böhran ayrı-ayrı ölkələrin iqtisadiyyatının tənəzzülə qarşı müqavimət qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoydu. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya şəratində inkişaf etdiyindən qlobal iqtisadi böhranın da ölkəmizə təsiri qaçılmaz idi. Amma bir çox dövlətlərdən fərqli olaraq həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə böhranın təsirləri dərindən yaşanmadı. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində onun mənfi təsirləri ötən illər ərzində Azərbaycan iqtisadiyyatında praktiki olaraq hiss olunmadı. Bu tədbirlər sayəsində ölkəmiz qlobal maliyyə-iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşıladı. Beləliklə, beynəlxalq iqtisadi böhran, mürəkkəb xarici risklər və çağırışlar şəraitində Azərbaycan nəinki özünün iqtisadi tarazlığını qorudu, yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirdi, hətta qeyri-neft sektorunda hər il artıma nail oldu.

Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vurub. Əlbəttə, keçid dövrünün başa çatması Azərbaycanda sosial-iqtisadi sferada, cəmiyyət həyatının bütün sahələrində yeni epoxanın başlanğıcı deməkdir. Bu mərhələnin isə özünün ayrıca hədəfləri və vəzifələri var. Çünki keçid dövrünü başa vurduqdan sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Keçid dövrünün arxada qalması ilə paralel müşahidə olunan mühüm məsələlərdən biriPrezident İlham Əliyev tərəfindən modernləşmə siyasətinin uğurla yürüdülməsidir. Bir çox inkişaf etmiş dövlətlərlə, beynəlxalq təşkilatlarla qurulan faydalı əməkdaşlıqlar, icra olunan layihələr, dövlət proqramları ölkədə həyata keçirilən modernləşmə siyasətinin bir parçasıdır. Təsadüfi deyil ki, Azərbaycan nəinki regionda, həmçinin MDB və Şərqi Avropa məkanında siyasiiqtisadi cəhətdən inkişaf edən öncül dövlətə çevrilib. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır

Azərbaycanın qlobal böhranın mənfi təsirlərinə məruz qalmaması, sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiyası və regionun ən nüfuzlu dövlətlərindən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində hazırlanmış milli inkişaf modelinə əsaslanır. Qısa müddət ərzində özünəməxsus mütərəqqi cəhətləri ilə seçilən milli inkişaf modelini yaratmaq kimi möhtəşəm nailiyyətə imza atmağı bacaran müasir Azərbaycan moderndinamik tərəqqi parametrlərinə görə bu gün artıq bəşəri miqyasda nümunəvi ölkəyə çevrilib. Beynəlxalq qurum və təşkilatlar tərəfindən ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafigeoiqtisadi məkanda yerləşən respublikamızı davamlı, sabit və sürətli inkişaf yoluna çıxararaq yeni iqtisadi fenomenə çevirib.

Bu modelin əsasında isə ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın yüksəlişinin və təhlükəsizliyinin təmin edilməsini, mövcud resurslardan səmərəli istifadə olunmasını, dünya iqtisadiyyatına inteqrasiyanı və vətəndaşların rifah halının yüksəldilməsini, sosialyönümlü bazar iqtisadiyyatının formalaşdırılmasını özündə ehtiva edən hərtərəfli inkişaf strategiyası dayanır. Bu strategiyadan bəhrələnərək həyata keçirilən, iqtisadiyyatın tərəqqisinə və sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar həm də dünya miqyasında respublikamızın mövqelərini möhkəmləndirir. Elə bunun nəticəsidir ki, cəmi 20 illik müstəqillik tarixi olan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür. Dünyada 15 dövlətdən biri olmaq dünya xəritəsində kiçik bir yer tutan Azərbaycan üçün çox böyük uğurdur. Hər bir vətəndaşımız böyük qürur hissi keçirir ki, bu ay Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəcək. Yəni, dünyanın ən böyük problemlərinin həllində, münaqişələrin nizamlanmasında Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin ədalətli, obyektiv mövqeyi mühüm rol oynayacaq.

Heydər Əliyevin müəllifi olduğu və zamanın sınağından çıxmış inkişaf strategiyasına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz həm də özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edib. Prezident İlham Əliyevin sərəncamı ilə hazırlanmaqda olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədə xidmət edəcək. Əsas məramı Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq olan bu sənəd ölkəmizin bugünkü inkişaf səviyyəsindən böyük sabahına gedən yolun başlanğıcı və möhkəm bünövrəsi olacaq. Gələcək real nəticələrə hesablanmış hədəflərə çatmaq üçün isə ölkəmizdə bütün imkanlar, o cümlədən güclü siyasi iradə var.

 

Heydər Əliyevin əbədiyaşar xatirəsinə ümummilli ehtiramın rəmzi

 

 Bu gün paytaxtımızın gözəlləşməsi, infrastrukturun yenilənməsi və dünyanın ən müasir standartları səviyyəsinə çatdırılması üçün genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Bu işlərin mühüm hissəsi Nərimanov rayonunun ərazisini əhatə edir. Prezident İlham Əliyevin qayğısı və diqqəti Nərimanov rayonunun da simasının əsaslı şəkildə modernləşməsinə və gözəlləşməsinə təkan verib. Bakının və ətraf qəsəbələrin inkişafına dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Nərimanov rayonunun tərəqqisinin kompleks xarakter daşımasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verməkdədir.

Qeyd etdiyim kimi, Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Son 8 ildə məhz Heydər Əliyev siyasi kursunun dövrün tələblərindən irəli gəlməklə zənginləşdirilərək layiqincə həyata keçirilməsinin ölkəmizə gətirdiyi böyük uğurlar günümüzün reallığıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün Heydər Əliyevin hazırladığı strateji istiqamətlər əsrlər boyu müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək. Odur ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, ideyalarının, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi və geniş təbliğ olunması bütün Azərbaycan xalqının ümdə istəyidir. Çünki azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqəsi və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin təcrübəsidir. Bu ideologiya unitar, hüquqidemokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilib. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosiomədəni və etno-siyasi cəhətlərini özündə birləşdirir. Onun əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcək, müstəqillik, milli eyniyyət həmin nəsillər üçün həyati, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcək.

İnşası bu gün böyük vüsətlə gedən Heydər Əliyev Mərkəzinin yaradılması da məhz xalqımızın ulu öndərin irsinə olan böyük ehtiramından, milli ideyaların daşıyıcısı olan azərbaycançılıq məfkurəsinə bağlılığından irəli gəlir. Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir: "Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək, Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə etmişdir. Azərbaycançılıq məfkurəsi çərçivəsində ölkəmizdə xeyli aparılsa da, bu işlərin vahid bir mərkəzdən sistemli şəkildə istiqamətləndirilməsinə ehtiyac var. Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəninin, millətinin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirak edərək, arzu və niyyətlərini gerçəkləşdirmək əzmi müasir texnologiyalarla təchiz olunmuş və çoxşaxəli struktura malik "Heydər Əliyev Mərkəzi"nin yaradılması zərurətini ön plana çəkir".

Azərbaycanın yeni rəmzinə və azərbaycançılıq ideyalarının tərənnümçüsünə çevriləcək Heydər Əliyev Mərkəzi Nərimanov rayonunda inşa edilir. Mərkəzdə tikinti-quraşdırma işləri artıq başa çatmaq üzrədir və paralel olaraq tamamlama işləri, ətrafda geniş quruculuq və abadlıq işləri həyata keçirilir, ərazidə yerləşən binaların fasadları milli memarlıq üslubunda üzlük daşlarla bəzədilir, müasir işıqlandırma sistemi quraşdırılır. Düşünürəm ki, bu möhtəşəm və əzəmətli obyektin istifadəyə verilməsi Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndərimiz Heydər Əliyevin adının əbədiləşdirilməsinə və ideyalarının reallığa çevrilməsinə ən böyük töhfə olacaq. Heydər Əliyev Mərkəzi paytaxtımızın simvoluna çevriləcək möhtəşəm kompleks kimi bütün dünya miqyasında öz gözəlliyi və nadirliyi ilə seçiləcək.

Nərimanov rayonunda Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə də müstəsna əhəmiyyət kəsb edən mühüm sosial layihələr həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilmişrayonun ən müasir, nümunəvi təlim-tərbiyə müəssisəsi kimi 2008-ci ildən fəaliyyət göstərən Zərifə Əliyeva adına uşaq bağçasına müraciət edənlərin sayının həddindən artıq çox olması bağçanın genişləndirilməsi zərurətini yaratdığı üçün Fond tərəfindən bağçada əlavə korpusun tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondu tərəfindən indiyə qədər uğurla həyata keçirilən layihələr Mehriban xanım Əliyevanın Nərimanov rayonuna göstərdiyi diqqət və qayğısının nəticəsidir. Bu vaxta qədər Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə gələn digər obyektlər siyahısında Talassemiya Mərkəzi, Psixonevroloji Uşaq Evi, kor və zəif görən uşaqlar üçün musiqi məktəbi, məktəb kompleksi, parklar və digərləri xüsusi qeyd olunmalıdır.

Dövlət başçısının tapşırığı və bilavasitə nəzarəti altında rayonda iri infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilir. Prezident İlham Əliyev cari ilin birinci rübü ərzində 4 dəfə Nərimanov rayonuna gələrək açılış və təməlqoyma mərasimlərində iştirak edib.

 

 Rusiyanın Həştərxan vilayəti ilə əlaqələr daha da möhkəmlənir

 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsini nümayiş etdirməklə yanaşı, xarici əməkdaşlıq sahəsində yürüdülən siyasətin də davamlı və ardıcıl aparılmasını zəruri edir. Əlbəttə, bu siyasət mərkəzləşdirilmiş qaydada Prezident tərəfindən həyata keçirilir. Dövlət başçısı hər bir dövlət strukturunun, o cümlədən respublikanın inzibati rayonlarının da bu prosesdə fəal iştirakını vacib bilir. Bu silsilədə Nərimanov rayonu tərəfindən də xarici ölkələrlə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi sahəsində xeyli görülüb.

Hazırda Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında iqtisadi-siyasi və mədəni sahədə dostluq əlaqələri var. Azərbaycanla Rusiya Federasiyası arasında dostluq əlaqələrinin bariz nümunəsi kimi, Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Ümummilli lider Heydər Əliyevin Həştərxanda abidəsinin ucaldılması, dahi liderin adını daşıyan parkın və nəhayət, məktəbin açılması böyük dövlət xadiminin xatirəsinə Həştərxan vilayətində və bütövlükdə Rusiyada dərin ehtiramın əlamətidir. Bu layihə həm də Azərbaycanla Rusiya arasındakı dostluğu möhkəmləndirir, iki xalqı daha da yaxınlaşdırır.

Heydər Əliyev sovet dövlətinin rəhbərliyində olarkən Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərinə, bu vilayətin inkişafına həmişə böyük önəm verib. "Həştərxan çoxlu etnosun, xalqın yaşadığı məkanın bir hissəsidir. Həştərxan lap qədimlərdən burada yaşayan azərbaycanlılar üçün xüsusi ərazidir" -deyə ulu öndər bildirib. Məhz bu münasibətin nəticəsidir ki, Həştərxanda ulu öndər Heydər Əliyev hər zaman böyük ehtiramla anılır, xatirəsi əbədiləşdirilir.

Qeyd edim ki, ötən il Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin də təntənəli açılış mərasimi olub. Bakı küçəsində yerləşən təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yenidən qurulub. Bu məktəbin təmiri və müasir avadanlıqlarla təchiz olunması Rusiya və Azərbaycan arasında əsl dostluğun rəmzidir.

Bu ilin birinci rübü ərzində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində Rusiya Federasiyasının Həştərxan vilayətində mühüm işlər görülüb. Rayonumuzun nümayəndə heyəti cari ilin martın 12-dən 15-dək Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində Həştərxan vilayəti və şəhərin rəhbərliyi ilə keçirilmiş müxtəlif görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dövlətimiz tərəfindən Həştərxan şəhərində inşa olunan Heydər Əliyev adına park ilə Birinci Pyotrun abidə kompleksini birləşdirəcək "Rusiya və Azərbaycan Dostluğu" körpüsünün tikintisi, Rusiya xalqına xristianlığı qəbul etdirən knyaz Vladimirin heykəlinin ucaldılması, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin abidə kompleksinin ərazisində uşaq əyləncə parkının salınması və digər sosial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Həştərxan şəhərində həyata keçirilən layihələrlə bağlı müvafiq hazırlıq işləri görülüb, o cümlədən lazımi layihələr hazırlanıb, müxtəlif tədqiqat işləri aparılıb və hal-hazırda tikinti davam etdirilir.

 

Dinamik inkişaf Nərimanov rayonunun timsalında aydın görünür

 

2012-ci ilin arxada qalan birinci rübünün yekunlarının təhlili də göstərir ki, Azərbaycanda müşahidə olunan dinamik inkişaf dönməz xarakter alıb, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının müasir dövrün reallıqlarından irəli gələrək inamla davam etdirilməsi ölkəmizin iqtisadi qüdrətini, siyasi çəkisini və beynəlxalq nüfuzunu günbəgün daha da artırır, hüquqi, demokratik proseslər sürətlə inkişaf edir. Sosial-iqtisadi islahatların, məqsədli dövlət proqramlarının real nəticəsi olaraq Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Milli iqtisadi inkişaf modeli ilə fərqlənən Azərbaycanda həm də bütün şəhər və kəndlər, qəsəbələr inkişaf edir, müasirləşir, köhnə infrastrukturdan tamamilə yenisinə keçir. Azərbaycanın coşğun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Nərimanov rayonudur. Təqdirəlayiq haldır ki, bu rayonu Azərbaycanda öncüllər sırasına çıxaran əsas cəhətlərdən biri sosial-iqtisadi sferada əldə olunan uğurlardır. Həyata keçirilən məqsədyönlü siyasət və dövlət qayğısı nəticəsində son illər Nərimanov rayonunda müasir standartlara cavab verən məhsul istehsal edən ortakiçik müəssisələr yaradılıb. Bu müəssisələrdə yüksək keyfiyyətli yeyinti məhsulları, məişətimizdə istifadə etdiyimiz avadanlıqlar, tikintidə işlədilən malmateriallar, digər məhsullar istehsal olunur. Hazırda Nərimanov rayonunda elə məhsullar istehsal olunur ki, onlara tələbat əvvəllər idxal hesabına ödənilirdi. Sevindirici haldır ki, inşaat armaturları və polad materialları, plastik və şüşə butulkalar, kabel məmulatları, plastik borular, elektrik sayğacları, müxtəlif boyalaryuyucu vasitələri, bir çox inşaat materialları və onlarca digər məhsullar məhz Nərimanov rayonunda istehsal edilir. Bütün bunlar rayon iqtisadiyyatının çoxşaxəli xarakterini, iqtisadiyyatın diversifikasiya prosesinin burada müvəffəqiyyətlə həyata keçirildiyini əyani olaraq nümayiş etdirməkdədir. Sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastrukturbaşqa sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır.

Azərbaycanın ümumi iqtisadi həyatında artan rolu fonunda isə bu gün Nərimanov rayonunda özəl sektorda məcmu istehsal həcminin və malların çeşidinin artırılması, ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri sırasında yer alır. Rayonda sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi də qarşıya qoyulan əsas məqsədlərdəndir.

İllər üzrə statistikaya nəzər yetirdikdə aydın görmək mümkündür ki, Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanovda həm məcmu istehsal həcmi dinamik templərlə yüksəlib, həm də digər iqtisadi göstəricilər üzrə rayon respublikada birincilər sırasında qərarlaşıb.

Bu ilin birinci rübündə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün mühüm işlər görülüb. Rübün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilibbu müddət ərzində xidmətlər də daxil olmaqla 422,9 milyon manatlıq məhsul istehsal olunub. Sürətli inkişafın əsas şərtlərindən hesab olunan investisiya sahəsində də rayonda nəzərəçarpacaq artıma nail olunub. İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində Prezident İlham Əliyevin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində bu ilin birinci rübü ərzində 759 daimi yeri yaradılıb.

Nərimanov rayonu sürətlə abadlaşır. Yolların yenidən çəkilməsi, daha keyfiyyətli asfaltlanması, binaların fasad hissələrinin müasirmilli memarlıq üslubunda yeniləşməsi, "abad məhəllə" layihəsinin artıq bütün rayon ərazisini uğurla əhatə etməsi və digər bu kimi proseslər nəticəsində indi Nərimanov rayonu paytaxtımızın ən gözəl guşələrindən birinə çevrilib. Son dövrlər ərzində 4000-ə yaxın ailənin mənzil şəraiti yaxşılaşdırılmış, onlar yenidaha müasir evlərlə təmin olunmuşlar. Nəzərə çatdıraq ki, bu ailələrin yeni mənzilləri köhnə evlərindən həcmcə 2-2,5 dəfə artıq olmuşdur. Söz açdığım faktlar isə son illər rayonda aparılan genişmiqyaslı işlərin yalnız bir hissəsinin qısa xronikasıdır. Nərimanov rayonunun hər bir sakini Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini öz gündəlik həyatında bariz şəkildə hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi xəttini ürəkdən dəstəkləyir. Prezident İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi üçün bundan sonra da var gücümüzlə işləyəcək, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün lazım olan bütün tədbirləri həyata keçirəcəyik.

Bu gün hər birimizin qarşısında mühüm vəzifələr dayanır. Bu vəzifələrdən ən əsası ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişafquruculuq yolunun uğurla davam etdirilməsidir. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə geniş vüsət almış ictimai-siyasi proseslər və iqtisadi islahatlar qısa müddətdə bütün sahələrdə müsbət radikal dəyişikliklər üçün əsaslı zəmin yaradır. Prezident İlham Əliyevin düşünülmüş, dəqiq ölçülüb-biçilmiş siyasi kursu bu naliyyətləri daha da artırır, iqtisadiyyatda, əhalinin sosial rifahının yaxşılaşdırılması prosesində sürətli tərəqqini təmin edir. Ulu öndərin azərbaycançılıq, milli birlik, həmrəylik ideyaları isə qarşıda duran məqsədlərə daha tez çatmağa təsir edən güclü faktor kimi öz missiyasını şərəflə yerinə yetirir.

 

 

Abdin FƏRZƏLİYEV,

Nərimanov Rayon İcra

Hakimiyyətinin başçısı,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2012.- 3 may.- S. 6.