Ümummilli lider Heydər
Əliyevin Azərbaycan elminin və təhsilinin
inkişafında xidmətləri misilsizdir
Təhsil Nazirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, möhkəmlənməsində və dünyaya tanınmasında tarixi xidmətlərindən danışmışdır.
Nazir hər yerdə ulu öndərin anadan
olmasının 89-cu ildönümünə həsr edilmiş geniş tədbirlər
keçirildiyini bildirmişdir.
Dahi
rəhbər Heydər Əliyevin böyük xilaskarlıq
rolunu xatırladan M.Mərdanov ulu öndərin siyasəti nəticəsində
ölkəmizdə bütün sahələrin, o cümlədən
iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin
inkişaf etdiyini diqqətə
çatdırmışdır.
Nazir
böyük şəxsiyyət Heydər Əliyev
ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini söyləmişdir.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən nazir Azərbaycanın öz inkişafına görə dünyanın öndə gedən ölkələrindən biri olduğunu söyləmişdir. Qeyd etmişdir ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Müdrik dövlət xadimi Heydər Əliyev siyasi irsinin əhəmiyyətini vurğulayan M.Mərdanov ulu öndərin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən sənədli filmlərin təhsil müəssisələrində nümayiş etdirilməsinin zəruriliyini xatırlatmışdır.
Xalq artisti Vaqif Mustafayev müdrik rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən danışmış, ümummilli liderin ideyalarının əbədi yaşayacağını vurğulamışdır. O, ulu öndərin zəngin həyat və fəaliyyətinə həsr olunmuş filmlərinin dünyanın müxtəlif ölkələrində nümayiş etdirildiyini və sonsuz maraqla qarşılandığını bildirmişdir.
Sonra V.Mustafayevin
ulu öndər Heydər Əliyevin zəngin
həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından
bəhs edən "Tale" və
"Əsl məhəbbət haqqında" sənədli
filmləri nümayiş etdirilmişdir.
Azərbaycan.- 2012.- 3 may.- S. 6.