Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur

 

Mayın 2-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev məktəbi" mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışmışdır. Ulu öndərin daxilixarici siyasətindən söz açan rektor bildirmişdir ki, bu gün Azərbaycanın qazandığı bütün uğurlarının əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müqəddəs şəxsiyyət olan dahi rəhbərin bütün fəaliyyəti yalnız xalqın xidmətinə yönəlmişdir. Onun dərin düşüncəsi, ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət etmişdir.  Hər bir azərbaycanlı onun zəngin irsini öyrənməli, gələcək nəsillərə çatdırmalıdır.

A.Məhərrəmov demişdir ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir. Akademik ümummilli liderin elmin, təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, ulu öndərin siyasi kursunun onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov  dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində ümummilli liderin əvəzsiz rolundan söz açmışdır.  Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlanmışdır. Əli Əhmədov bildirmişdir ki, Heydər Əliyevin daxilixarici siyasəti nəticəsində dövlətçilik konsepsiyası uğurla həyata keçirilmişdir. Azərbaycanda sabitliyin qorunub saxlanılması, ölkənin bütün sahələrində tətbiq olunan uğurlu islahatlar onun dövlətçilik konsepsiyasının ideyaları sayəsində gerçəkləşmişdir.

Belə bir konsepsiya Heydər Əliyev tərəfindən hazırlanmış və getdikcə təkmilləşdirilmişdir. Ölkə iqtisadiyyatının liberal qaydada formalaşması, azad sahibkarlıq ideyalarının yaranması və həyata keçirilməsi dövlətçilik konsepsiyasının əsasını təşkil etmişdir. Nəticədə milli-mənəvi dəyərlərə əsaslanan yeni dövlət modeli formalaşmış və əsası qoyulmuşdur. Müasir Azərbaycan cəmiyyətinin, onun humanizm, milli-mənəvi dəyərlərinin formalaşması ulu öndərin əsas xidmətlərindən olmuşdur. Onun yaratdığı  müasir Azərbaycan dövləti bu gün   xalqa, onun milli maraqlarına şərəflə və ləyaqətlə xidmət edir. Heydər Əliyevin müasir Azərbaycan dövlətini yaratmaq konsepsiyası özünəməxsusluğu ilə seçilir. Ulu öndərin  konsepsiyası əsasında həyata keçirilən ciddi liberaldemokratik islahatların nəticəsində siyasi cəhətdən güclü dövlət yaradılmışdır. Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin və onun mənəvi-əxlaqi dəyərlərinin formalaşması missiyasını da öz üzərinə götürmüş milli liderdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın Avropanın nüfuzlu "Eurovision" mahnı yarışmasında qalib gəlməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2020-ci il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməsi ölkəmizin özünə inamının bariz nümunəsidir. Bu, həmçinin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxilixarici siyasətin nəticəsidir.

Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovprofessor Tofiq Hacıyev ulu öndərin zəngin həyat və fəaliyyətindən söz açmışlar.

 

 

Azərbaycan.- 2012.- 3 may.- S. 7.