Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı ayrılmışdır

 

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, 2012-ci ilin aprel ayında Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi  Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Beninin Porto-Novo şəhərində  yerləşən Afrika İrsi Məktəbinin (EPA) inkişafı üçün 50 min avro məbləğində maliyyə yardımı göstərilmişdir.

Beləliklə, 13 il ərzində fəaliyyət göstərən EPA-nın ölkələr, fondlar, təşkilat və fərdi şəxslərdən ibarət digər 24 donorlarının sırasına qoşulan  Heydər Əliyev Fondu quruma mühüm dəstək vermişdir.

Mədəniyyət abidələrinin mühafizəsi və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) baş direktoru Stefano De KaroAfrika İrsi Məktəbinin direktoru Fallo Baba Keita Heydər Əliyev Fondunun yardımını yüksək qiymətləndirərək Mehriban xanım Əliyevaya təşəkkür məktubları ünvanlamışlar.

Təşəkkür məktublarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Afrika İrsi Məktəbi ilə yaxından tanış olmaq üçün Beninə səfərə və EPA-nın doqquz yüksək vəzifəli şəxslərdən ibarət (Fransanın sabiq Prezidenti J.Şirak, Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi A.Diuf, UNESCO-nun sabiq baş direktoru K.Matsuura, İtaliyanın sabiq Prezidenti K.A.ÇiampiBMT-nin sabiq baş katibi X.P. de Kuelyarb.) Yüksək Himayədarlar Şurasının üzvü olmağa dəvət etmişlər.

 

 

 Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 3 may.- S. 7.