Fransada Azərbaycana həsr
olunan radioverilişində
AzərTAc-ın materiallarından
istifadə edilmişdir
Strasburqda
fəaliyyət göstərən
"Azərbaycan evi"nin təşəbbüsü
ilə Fransada Azərbaycana həsr olunmuş növbəti radioverilişində ölkəmizdə
keçiriləcək "Eurovision-2012"
beynəlxalq mahnı müsabiqəsinə dair xəbər səslənmişdir.
Xəbərdə ötən
ilin mahnı yarışmasında Azərbaycan
təmsilçilərinin qələbəsi,
bu il müsabiqənin
Azərbaycanda keçiriləcəyi,
"Eurovision-2012"nin keçirilməsi
üçün konsert
salonunun qısa bir vaxtda tikilməsi,
mahnı müsabiqəsində
42 dövlətin iştirakı
barədə dinləyicilərə
məlumat verilmişdir.
Fransız dilində yayımlanan
radioverilişində daha
çox Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından
istifadə edilmişdir. Kolumbiya Senatının Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləməsi,
Latın Amerikası ölkələri arasında Meksikadan
sonra Xocalı faciəsinə münasibət bildirməsi və
onu soyqırımı kimi qiymətləndirməsi barədə
məlumatlar da verilişdə yer almışdır. Bundan əlavə,
verilişdə həmçinin Xocalı faciəsinin
soyqırımı kimi tanınmasına 102 senatorun səs
verdiyi, beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə
siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Azərbaycan
diplomatiyasının uğurlarından bəhs olunmuşdur.
Bu ilin
yanvar ayında Londonda Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə açılmış "Bakıya uçuş.
Müasir Azərbaycan incəsənəti" sərgisinin
aprelin 11-də Parisdə nümayiş etdirildiyi, tədbirin rəsmi
açılışında Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın,
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik
Mitteranın iştirak etmələri haqqında məlumat
verilmişdir.
Aprelin
20-də qədim sivilizasiyanın məskəni hesab olunan
İtaliyanın paytaxtı Romada dahi Azərbaycan şairi
Nizami Gəncəvinin abidəsinin təntənəli
açılışı və bu tədbirdə Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı
və çıxışı radioverilişinin ən
maraqlı materiallarından biri kimi səsləndirilmişdir.
Radioverilişində
may ayının 15-16-da Strasburqda Fransadakı Uyğur Tələbə
Cəmiyyəti tərəfindən Uyğur Mədəniyyəti
Günlərinin keçiriləcəyi və buna
hazırlıq barədə məlumat da verilmişdir.
Verilişin Azərbaycan-Türkiyə dostluq
münasibətlərindən bəhs edən materialında isə
Tbilisidəki Diplomatiya və Hüquq məktəbində
Türkiyə Baş nazirinin müavini Əli Babacanın
çıxışına yer verilmiş, əsas diqqət
onun "Ermənistan ilə Azərbaycan arasında
münaqişə həll olunmayanadək Türkiyə
Sürixdə imzalanmış protokoldan irəli gələn hər
hansı müddəanı həyata keçirməyəcəkdir"
sözlərinə yönəldilmişdir.
Sonda Azərbaycan
mətbuatının geniş xülasəsi verilmiş,
ölkəmizdə baş verən mühüm hadisələr
barədə məlumatlar dinləyicilərə
çatdırılmışdır.
Xatırladaq
ki, Azərbaycan musiqisi ilə müşayiət olunan iki
saatlıq verilişi hər ayın sonuncu bazar günü
yerli vaxtla saat 15-dən 17-dək (Bakı vaxtı ilə 18-dən 20-dək)
FM kanalı vasitəsilə 91.9 MHZ tezlikdə dinləmək
mümkündür. Verilişin materialları ilə
www.radiorbs.com saytından tanış
olmaq olar.
Əsgər ƏLİYEV
Azərbaycan.- 2012.- 3 may.- S. 7.