BMT Təhlükəsizlik
Şurası Azərbaycanın sədrliyi ilə ilk qətnaməsini qəbul etmişdir
Mayın 2-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında qurumun Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk iclasını keçirmişdir. İclasda Şuranın üzv dövlətləri Sudan və Cənubi Sudanı dərhal sərhədboyu hərbi əməliyyatlara son qoyaraq silahlı qüvvələrini geri qaytarmaq, iki həftə ərzində danışıqlar masası arxasına qayıdaraq aralarında olan məsələlər üzrə maksimum üç ay ərzində razılığa gəlməyə çağırmışlar.
Əks təqdirdə, tərəflərə qarşı BMT-nin Nizamnaməsinə uyğun müvafiq tədbirlər, o cümlədən BMT-yə digər üzv dövlətlərlə kommunikasiya vasitələrinin və ya iqtisadi münasibətlərin tam, yaxud qismən dayandırılması, eləcə də diplomatik əlaqələrə xitam verilməsi kimi addımlar atıla bilər. ABŞ tərəfindən təklif edilən və Sudan ilə Cənubi Sudan arasında sərhədboyu vəziyyəti "beynəlxalq sülh və sabitliyə ciddi təhdid" adlandıran qətnamə layihəsi Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən yekdilliklə qəbul edilmişdir.
Şəfəq
AKİFQIZI
Azərbaycan.- 2012.- 4 may.- S. 1.