Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 92 Bakı şəhəri,
2 may 2012-ci il
"Xarici ticarətin gömrük statistikasının nəşr
olunması Qaydası"nın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15 sentyabr
tarixli 499 nömrəli
Fərmanının 1.3.18-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
1. "Xarici ticarətin gömrük statistikasının nəşr
olunması Qaydası"
təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Resrublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 2 may tarixli 92 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Xarici ticarətin gömrük
statistikasının nəşr olunması qaydası
1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
317.5-ci maddəsinə əsasən
hazırlanmışdır və xarici ticarətin
gömrük statistikasının (bundan sonra - XTGS) nəşr
olunması qaydasını müəyyən edir.
1.2. XTGS rəsmi statistikanın tərkib hissəsidir.
1.3. XTGS mallar üçün gömrük bəyannamələrində
və gömrük orqanına təqdim edilən digər sənədlərdə olan
məlumatlar əsasında
formalaşdırılır.
1.4. XTGS-də malların idxal və ixracının
qeydiyyatı onlar üçün tərtib
edilmiş gömrük
bəyannamələrində əks olunan malların buraxılma tarixinə əsasən aparılır.
1.5. XTGS-yə idxalı respublikanın maddi ehtiyatlarını artıran
və ixracı maddi ehtiyatlarını azaldan bütün mallara dair məlumatlar
daxil edilir.
2. XTGS-nin məqsədləri
2.1. XTGS malların idxalı və ixracı haqqında məlumatları
tam və dəqiq əks etdirməlidir.
2.2. XTGS Azərbaycan Respublikasının
digər ölkələrlə
ticarət-iqtisadi münasibətlərinin
vəziyyətini və
dinamikasını xarakterizə
etməklə, aşağıdakı
məsələlərin həyata
keçirilməsi məqsədini
daşıyır:
2.2.1. xarici ticarət
axınının əsas
tendensiyasının, strukturunun
və dinamikasının
təhlili;
2.2.2. xarici iqtisadi
fəaliyyətin tənzimlənməsində
tarif və qeyri-tarif tədbirlərinin
tətbiq edilməsinin
nəticələrinin təhlili;
2.2.3. xarici ticarət siyasəti və xarici ticarətin dövlət tənzimləməsi
sahəsində qərarların
qəbul olunması üçün Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası
Vergilər Nazirliyinin,
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin,
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin, Azərbaycan
Respublikası Nəqliyyat
Nazirliyinin, Azərbaycan
Respublikası Mərkəzi
Bankının və Azərbaycan Respublikası
Dövlət Statistika
Komitəsinin XTGS ilə
təmin edilməsi;
2.2.4. gömrük ödənişlərinin dövlət
büdcəsinə daxil
olmasına nəzarətin
həyata keçirilməsi;
2.2.5. makroiqtisadi göstəricilərin
proqnozlaşdırılması;
2.2.6. miqdar, dəyər
və orta qiymət indekslərinin hesablanması;
2.2.7. xarici iqtisadi
fəaliyyətin inkişafına
və xarici ticarət əlaqələrinin
genişləndirilməsinə yardım edilməsi;
2.2.8. dövlətin həyata keçirdiyi xarici iqtisadi siyasət tədbirlərindən
irəli gələn digər məsələlərin
həll edilməsi.
3. XTGS-nin əsas göstəriciləri
3.1. XTGS-nin formalaşdırılması
üçün aşağıdakı
əsas göstəricilərdən
istifadə edilir:
3.1.1. Azərbaycan Respublikasının
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
(bundan sonra - XİFMN)
üzrə malın kodu;
3.1.2.
XİFMN üzrə malın
adı;
3.1.3. malın hərəkət
istiqaməti (idxal, ixrac);
3.1.4. hesabat dövrü;
3.1.5. malın statistik
dəyəri (ABŞ dolları
ilə);
3.1.6. malın netto
çəkisi (kq);
3.1.7.
XİFMN üzrə əlavə
ölçü vahidi;
3.1.8. əlavə ölçü vahidi üzrə malın miqdarı;
3.1.9. malın təyinat
ölkəsi;
3.1.10. malın mənşə
ölkəsi;
3.1.11. malı göndərən
ölkə;
3.1.12. ticarət edən
ölkə;
3.1.13. malı sərhəddən
keçirən nəqliyyat
növü;
3.1.14. sövdələşmənin
xarakteri.
3.2. Ərazisindən Azərbaycan
Respublikasına mal və
nəqliyyat vasitələrinin
yola salındığı
ilk ölkə göndərən
ölkə, xarici ticarət əməliyyatının
Azərbaycan Respublikasının
rezidenti olmayan tərəfdaşının qeydiyyatda
olduğu (yaşadığı)
ölkə isə ticarət edən ölkə hesab edilir.
3.3. Tərəfdaş ölkə
kimi idxalda malın mənşə ölkəsi, ixracda isə malın sonuncu bəlli olan təyinat ölkəsi hesab edilir.
3.4. Aşağıdakı hallarda
malların idxalı göndərən ölkə
üzrə aparılır:
3.4.1. mənşə ölkəsi bəlli olmayan mallar üçün;
3.4.2.
"təkrar idxal" gömrük proseduru altında yerləşdirilən mallar
üçün;
3.4.3.
XİFMN üzrə mal mövqeyinin
97-ci mal qrupuna (incəsənət
əsərləri, kolleksiya
əşyaları və
antikvariat) daxil edilən mallar üçün.
3.5. Malın mənşə ölkəsi və göndərən ölkə
məlum olmadıqda, malın idxalı ticarət edən ölkə üzrə aparılır.
3.6. Malın təyinat ölkəsi məlum olmadıqda, malın ixracı ticarət edən ölkə üzrə aparılır.
4. XTGS-nin nəşri
4.1. XTGS müntəzəm olaraq Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin (bundan sonra - Komitə) rəsmi internet saytında
yerləşdirilməklə, mətbuatda dərc edilməklə və statistik məcmuələr
və bülletenlər
şəklində nəşr
edilməklə yayılır.
4.2. Aylıq məlumatlar növbəti ayın 15-dək
Komitənin rəsmi
internet saytında yerləşdirilir
və Komitənin mətbu orqanında dərc edilir.
4.3. Rüblük məlumatlar həmin rübdən sonra 90 gün ərzində "Azərbaycan
Respublikası xarici ticarətinin gömrük
statistikası" məcmuəsi
şəklində nəşr
edilir.
4.4. İllik məlumatlar növbəti ilin ikinci rübünün sonunadək "Azərbaycan
Respublikası xarici ticarətinin gömrük
statistikası" məcmuəsi
şəklində nəşr
edilir.
4.5. Məlumatların həqiqiliyinə
və dəqiqliyinə
inamı artırmaq və onların istifadəçilər tərəfindən
düzgün anlaşılmasına
nail olmaq məqsədi
ilə statistik nəşrlərə məlumatların
mənbələri haqqında
informasiya daxil edilir və məlumatlar müntəzəm
olaraq yeniləşdirilir.
4.6. XTGS aşağıdakı bölmələr
üzrə ayrı-ayrılıqda
və ya toplu şəklində nəşr edilməklə
yayılır:
4.6.1. Azərbaycan Respublikasının
xarici ticarətinin ümumi yekunları;
4.6.2. idxal və
ixracın aylar üzrə dinamikası;
4.6.3. mallar üzrə
idxal və ixrac;
4.6.4. ölkələr üzrə idxal və ixrac;
4.6.5. hər hansı
ölkəyə görə
mallar üzrə idxal və ixrac;
4.6.6. hər hansı
mala görə ölkələr
üzrə idxal və ixrac;
4.6.7. ölkə qrupları
üzrə idxal və ixrac;
4.6.8. gömrük ödənişləri.
5. Məlumatların yayılmasına
qoyulan məhdudiyyətlər
5.1. Hüquqi və fiziki şəxslər tərəfindən təqdim
edilən xarici ticarət haqqında məlumatlar yalnız gömrük məqsədləri,
o cümlədən XTGS-nin
formalaşdırılması üçün istifadə
olunur.
5.2. Malların idxalı və ixracı haqqında məlumatlar xarici iqtisadi fəaliyyət iştirakçısı
ilə bağlı olduqda konfidensial (kommersiya sirri) sayılır.
5.3. Məxfi və konfidensial məlumatlar nəşr edilən məcmuələrdə və
bülletenlərdə əks
etdirilmir. Məxfilik və konfidensiallıq
rejiminin tətbiqi nəticəsində XTGS-də
təhrif olunmanın qarşısını almaq,
habelə XTGS-nin tamlığını təmin
etmək üçün
məxfi və konfidensial məlumatlar ümumi yekunda nəzərə alınmalıdır.
Azərbaycan.- 2012.- 4 may.- S. 2.