MƏTBUAT
TARİXİMİZİN ƏN UNUDULMAZ GÜNLƏRİNDƏN
BİRİ
Azərbaycan jurnalistləri üçün böyük tarixi əhəmiyyət kəsb edən bir neçə unudulmaz gün var. Müstəqil mətbuatın meydana gəlməsi və formalaşması, söz və ifadə azadlığının qorunması və inkişafı ilə bağlı olan həmin günlər mətbuat tariximizin şərəfli səhifələrini təşkil edir. Şübhəsiz, ən yaddaqalanı 22 iyul 1875-ci il - Həsən bəy Zərdabinin yaratdığı "Əkinçı" qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gündür. Milli mətbuatımızın tarixi həmin gündən başlayır. Maraqlıdır ki, qəzetin senzoru özündən qabaq müəyyənləşmişdi və faktiki olaraq "Əkinçi" azad doğulmamışdı.
İkinci mühüm tarixi isə Azərbaycan mətbuatının senzuranın buxovlarından azad edildiyi gündür. Bu günün banisi isə ulu öndər Heydər Əliyevdir. Məhz ümummilli liderimizin qətiyyət və cəsarəti sayəsində 6 avqust 1998-ci ildə mətbuata senzura nəzarəti ləğv edilmiş, ölkə tarixində ilk dəfə olaraq KİV-lər tam müstəqil və sərbəst fəaliyyət göstərməyə başlamışlar. Anadan olmasının 89-cu ildönümünü qeyd etməyə hazırlaşdığımız ulu öndər Heydər Əliyev həm də Azərbaycan tarixində "Jurnalistlərin dostu" adını almış birinci dövlət başçısıdır.
Ulu öndər Heydər Əliyev
çox çətin, zəhmət və
mübarizə ilə dolu ömür
yaşamışdır. Sadə bir ailədə
dünyaya göz açan bu zəka və istedad sahibi siyasət olimpinin zirvəsinə yüksəlmiş,
SSRİ adlı superdövlətin ikinci
şəxsi olmuşdur. Sonra
paxıl və qısqanc adamların məkrli oyunları nəticəsində
böyük siyasətdən uzaq düşmüş, doğma vətəni Naxçıvana
qayıtmışdır. Lakin burada da xalqa xidmət
missiyasını bir an belə unutmamışdır.
O zamankı Azərbaycan
rəhbərliyinin "gözündən
düşən" doğma
vətənimizin ayrılmaz
hissəsi Naxçıvanın
düşmən qarşısında
duruş gətirməsi,
aclıqdan və soyuqdan qorunması üçün əlindən
gələni əsirgəməmişdir.
Şəxsi nüfuzu və
fədakarlığı sayəsində
blokadanın doğura
biləcəyi ziyan və təhlükələri
vaxtında aradan qaldıra bilmişdir.
Həm də ulu öndər
Heydər Əliyev təkcə Naxçıvanı
fəlakətdən qurtarmadı.
Azərbaycanın dövlət müstəqilliyi
barədə Konstitusiya
Aktı qəbul edildikdən sonra həqiqi müstəqilliyə
nail olunması üçün
çox iş görülməli idi. Lakin o zaman Azərbaycana başçılıq edən
maymaq, qorxaq, təcrübəsiz və
səriştəsiz insanlar
zəruri addımlar ataraq islahatlar keçirmədiklərindən nəinki müstəqilliyi
möhkəmləndirdilər, əksinə dövləti
məhvolma həddinə
çatdıraraq qaçıb
aradan çıxdılar.
Xalqın arzu və təkidli xahişinə biganə qalmayan ulu öndər
Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı,
dövlət müstəqilliyini
əbədiliyə çevirərək
müasir Azərbaycan
dövlətinin banisi
kimi tarixə düşdü!
Ulu öndər
Heydər Əliyevin doğum günü Azərbaycanda söz və mətbuat azadlığını yüksək
qiymətləndirən hər
bir şəxs üçün əziz və unudulmaz tarixdir. Çünki Heydər Əliyev
həm də mətbuat tariximizdə azad və müstəqil
mətbuatın formalaşmasının
banisidir, senzurasız mətbuatın təməlqoyanıdır.
Heydər Əliyev şəxsiyyəti
və fəaliyyəti
jurnalistlər üçün
daim böyük məna və əhəmiyyət kəsb
edib. Bu əlaqədə həmişə hər iki tərəf maraqlı olub. Ümummilli liderimiz mətbu sözdən, onun imkanlarından həmişə
məharətlə istifadə
edib, ictimai rəyin yaranmasında, formalaşmasında və
düzgün istiqamətləndirilməsində
mətbu sözün imkanlarından bacarıqla
faydalanıb. Jurnalistlər
isə ulu öndərin gördükləri
işlərin tarixi əhəmiyyətini lazımınca
qiymətləndirdiklərindən daim onunla təmasa
girməyə, hadisələr
barədə rəyini
öyrənərək xalqa
çatdırmağa can atıblar.
Jurnalist əməyinə
ən dəqiq və dolğun qiyməti də məhz ümummilli lider Heydər Əliyev vermişdir:
"Jurnalist əməyi
qeyri-adi əməkdir,
olduqca böyük, zəhmətli əməkdir,
çox səylər
göstərilməsini, hətta
cəsurluq, hünər,
fədakarlıq tələb
edən əməkdir,
öz peşəsinə
vurğunluq tələb
edən əməkdir".
Azərbaycan və dünya jurnalistlərinin ulu öndər Heydər Əliyevin şəxsiyyətinə
böyük maraq göstərmələri səbəbsiz
deyildi. Özündən
əvvəlki bütün
rekordları qıran ümummilli liderimiz həm də bir sıra yeni
- qeyri-adi rekordlara imza atmışdır.
Heydər
Əliyev Azərbaycanın
ən uzunömürlü
dövlət rəhbəri
olmuşdur.
Heydər
Əliyev bir türk oğlu kimi Kremlə işləməyə aparılan,
SSRİ-nin rəhbərlərindən
birinə çevrilən,
uğurla fəaliyyət
göstərərək sağ-salamat
geriyə qayıdan
ilk azərbaycanlıdır.
Heydər Əliyev "vurulduqdan"
sonra hər şeyə təzədən
başlamaqla yenidən
dövlət başçısı
vəzifəsinə seçılmiş
şəxsiyyətdir.
Heydər Əliyev ən çox beynəlxalq görüş keçirib
danışıqlar aparan,
ən çox saziş, müqavilə və müxtəlif sənədlərə imza
atan dövlət xadimidir.
Heydər Əliyev Xəzərin karbohidrogen ehtiyatlarını
dünya üçün
yenidən "kəşf"
edərək onu Avropanın təchizatına
yönəldən müstəqil
dövlət başçısıdır.
Heydər Əliyev qeyri-adi, fenomen insan sayılırdı. Həyatın bütün sahələrinə
dair dərin və zəngin biliyə, "kompyuter yaddaşa" malik idi. Sutkada 18 saat işləməyi,
saatlarla müxtəlif
mövzularda mətnsiz
- sinədəftər çıxışlar
etməyi bacarırdı.
İki dəfə dövlət çevrilişi
cəhdinin qarşısını
almışdı, özünə
qarşı törədilməsi
nəzərdə tutulan
üç sui-qəsd
əməli isə baş tutmamışdı.
Heydər Əliyev həm
də jurnalistlərlə
ən çox görüşüb təmasda
olan və onların suallarını
cavablandıran dövlət
başçısı olmuşdur.
Jurnalistlərin bu dahi insanla görüşməyə
can atmaları səbəbsiz
deyildi. Çünki Heydər Əliyev
təkcə dəyərli
informasiya verməklə
kifayətlənmirdi, həm
də jurnalistləri öyrədir, yetişdirir,
dünyagörüşlərini zənginləşdirirdi. Əslində müəyyən mənada
bizlərə jurnalistika
dərsi keçirdi.
Bütün bunlar öz
axarında, "nəzərə
çarpmadan" baş
verərdi. Ulu öndər
gündəmə daim
maraqlı və aktual mövzular çıxarmağı bacarırdı.
Belə mövzular o qədər cəlbedici və vaxtı çatmış
sayılırdı ki,
qəzetlər öz mövzularını buraxaraq
ondan yapışırdılar.
Həm də gündəmə gətirdiyi məsələləri
səmtləndirməyin, lazımi
məcraya yönəltməyin
də ustası idi.
Heydər Əliyevin mətbuat üçün prioritet saydığı mövzular
da vardı. Onların
sırasında dövlət
quruculuğu, demokratik
inkişaf, vətənpərvərlik
tərbiyəsi, dünya
birliyinə inteqrasiya məsələləri, habelə
xarici siyasət, Ermənistan-Azərbaycan, Daglıq
Qarabag münaqişəsi,
qaçqın və məcburi köçkünlərin
problemləri, Azərbaycançılıq
ideologiyası, milli-mənəvi
dəyərlə bağlı
mövzular xüsusi yer tuturdu. Əslində ulu öndərin
tövsiyə etdiyi mövzular bu gün də öz aktuallığını
qoruyub saxlayır.
Ümummilli liderimiz "Jurnalistlərin
dostu" adına
layiq görülmüş
ilk dövlət başçısı
olmaqla mükafatı almazdan çox-çox qabaq həmin adı doğrultmuşdu.
Bu mükafat ona müstəqil mətbuatın
inkişafı naminə
atdığı addımlara
- mətbuatın və
jurnalistlərin sərbəst
və maneəsiz fəaliyyət göstərmələrinə
imkan yaradan qanunçuluq bazasını
formalaşdırdığına, qəzetləri əlavə
dəyər və mənfəət vergisindən
azad etdiyinə, onların kreditlər almalarına şərait yaratdığına, bütövlükdə
müstəqillik dövründə
KİV-lərə diqqət
və qayğısına
görə verilmişdi.
Biz jurnalistlər bu gün də ulu öndəri özümüzün ən
böyük dostu
və xeyirxahı hesab edirik!
Onun qətiyyət və cəsarəti sayəsində
senzura nəzarətindən
qurtulan Azərbaycan mətbuatı yeni və sürətli inkişaf yoluna çıxaraq ölkənin
demokratikləşməsi prosesinə
dəyərli töhfəsini
verdi!
Nə qədər ki, müstəqil mətbuat, azad söz var,
ümummilli lider Heydər Əliyev də sonsuz hörmət və məhəbbətlə yad
ediləcəkdir!
Azərbaycan.- 2012.- 4 may.- S. 6.