Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası olmuşdur
Mayın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Sorğu mahiyyəti üzrə,
tərəflərin iştirakı ilə Konstitusiya
Məhkəməsi Plenumunun 2012-ci il mayın 30-na təyin edilmiş
iclasında baxılacaqdır.
Azərbaycan.- 2012.- 4 may.- S. 7.