BƏƏ-nin nüfuzlu İqtisadiyyat jurnalında Azərbaycana dair məqalə dərc edilmişdir

 

 Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu "İqtisadiyyat" jurnalının aprel nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanovun məqaləsi dərc olunmuşdur. Səfirlikdən bildirmişlər ki, məqalədə 20 il bundan əvvəl dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın keçdiyi inkişaf yolunda sürətlə və inamla irəlilədiyi və tərəqqisinə xidmət edən strategiyanı uğurla reallaşdıran ölkə olduğu vurğulanmışdır. Diplomat Azərbaycanın qazandığı nailiyyətlərin təkcə mövcud olduğu regionda deyil, həm də dünya miqyasında lider mövqelərdən birinin sahibi kimi çıxış etməsini təmin etdiyini bildirmişdir. Müəllif həmçinin özünəməxsus mütərəqqi cəhətləri ilə seçilən, milli sosial-iqtisadi inkişaf modelinin əsasını yaratmaq kimi möhtəşəm nailiyyətə imza atmağı bacaran müasir müstəqil Azərbaycanın dinamik tərəqqi göstəricilərinə görə dünyada nümunəvi bir ölkəyə çevrildiyini qeyd etmişdir.

Məqalədə Azərbaycan ilə BƏƏ arasında iqtisadi əlaqələrin perspektivləri barədə fikirlər də öz əksini tapmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 4 may.- S. 7.