Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri

 

Argentinanın xarici işlər naziri ilə görüş

 

Xüsusi müxbirimiz xəbər verir ki, ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulandı.

Argentinanın adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 may.- S. 1.