Azərbaycan
Prezidenti İlham Əliyevin ABŞ-ın nəqliyyat
komandanı general Uilyam Freyzer ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, mayın 3-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olmuşdur.
General Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu dedi.
Əməkdaşlığımızın uğurlu və səmərəli olduğunu qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2012.- 5 may.- S. 1.