Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmişdir

 

Xüsusi müxbirimiz xəbər verir ki, mayın 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmişdir. İclasda Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılmışdır.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən iclasda dövlət başçısı budəfəki gündəliyin "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr olunduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev BMT-nin baş katibi Pan Gi Muna bu iclasda iştirak etdiyinə görə təşəkkürünü bildirdi.

BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizin Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbrik etdi. Bildirdi ki, terrorla mübarizədə ortaq konsepsiyanın yaradılması vacibdir.

Almaniyanın xarici işlər naziri Qido Vestervelle, Toqonun xarici işlər və əməkdaşlıq naziri Elliot Ohin, Obama kabinetinin üzvü, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rays, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri Yusif Əmrani, Rusiya Prezidentinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi nümayəndəsi Aleksandr Zmeyevski, Kolumbiyanın çoxtərəfli işlər nazirinin müavini Patti Londono, Çin, Pakistan, Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Qvatemala, FransaPortuqaliya nümayəndələri Azərbaycan Prezidentinə Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbriklərini çatdırmış, terrorizmin hazırda dünya üçün ən böyük təhdid olduğunuBMT-nin bu sahədə həyata keçirdiyi mübarizə tədbirlərini dəstəklədiklərini bildirdilər.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında çıxış etdi.       

(İclasdan geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 may.- S. 2.