Rusiya Federasiyasının Prezidenti
zati-aliləri cənab
Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç!
Mahaçqalada terror aktı nəticəsində
çoxsaylı insan tələfatı haqqında
xəbər məni dərindən sarsıtmışdır.
Biz terrorizmin bütün
forma və təzahürlərini
qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına
və yaxınlarına,
bütün Rusiya xalqına dərin hüznlə başsağlığı
verirəm. Zərər çəkmişlərin tezliklə sağalmasını
arzu edirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
4 may 2012-ci il
Azərbaycan.- 2012.- 5 may.- S. 2.