Nazirlər Kabineti iki yeni qərar qəbul etmişdir

 

 Mayın 2-də Nazirlər Kabineti  iki yeni qərar qəbul etmişdir.

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli  fərmanının 1.3.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.

"Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən Nazirlər Kabineti "Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda  tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 2.