Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir

 

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir.

Palatadan AzərTAc-a bildirmişlər ki, iclasda dövlət büdcəsinin "Təhsil" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən "Təhsil" Respublika İdman Mərkəzinə, Respublika Xüsusi İnternat məktəblərinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına, Azərbaycan Memarlıq İnşaat Universitetinə, İnşaat kollecinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına, AstaraQusar Rayon İcra Hakimiyyətlərinə avtomobil yollarının tikintisinə (təmirinə) ayrılan vəsaitlərin və s. obyektlərə ayrılan vəsaitlərin istifadəsinə dair rəy və hesabatlar təsdiq olunmuşdur. Nəticələrin Milli Məclisə təqdim edilməsi qərara alınmışdır.

İclasda, həmçinin dövlət büdcəsindən bir sıra obyektlərin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları da təsdiq edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 5 may.- S. 2.