Torpağı qorumaq hər kəsin borcudur

 

On ildən çoxdur ki, Aqrar Universitetin elmi şurası  torpaq keyfiyyətinin monitorinqiekoloji nəzarət fənnini torpaqşünaslıq və aqrokimya ixtisası üzrə tədris proqramına daxil etmişdir. Həmin fənnə dair müxtəlif yönümlü məsələlər ətrafında müəyyən məlumatlar olsa da, vahid dərslik, dərs vəsaiti yox idi. Bu baxımdan, akademik Qərib Məmmədovun redaktorluğu ilə nəşr olunmuş "Torpaq keyfiyyətinin monitorinqiekoloji nəzarət" adlı dərslik torpağın mühafizəsi istiqamətində atılan uğurlu addımlardan biridir. Müəllifi Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq, aqrokimyaekoloji kənd təsərrüfatı kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayevdir.

Bu əsər Dövlət Aqrar Universitetinin elmi şurası tərəfindən tövsiyə edilmişrespublika Təhsil Nazirliyinin qrifi ilə nəşr olunmuşdur. Kitabda təbiət obyektlərinin, o cümlədən torpağın ekoloji monitorinqinin nəzəri əsasları şərh edilməklə yanaşı, ətraf mühitə nəzarət üsullarının praktiki cəhətlərinə də xüsusi diqqət yetirilmişdir.

Dərsliyin əsas məqsədi tələbələri və təbiət elmləri ilə məşğul olan mütəxəssisləri torpaqla bağlı ən müasir üsullarla tanış edərək onların bu sahədəki bilik dairələrini genişləndirməkdən, ətraf mühitdə baş verən dəyişikliklərin dinamikasını nəzarətdə saxlamaqla müstəqil tədqiqatları yerinə yetirmək üçün onlara praktiki vərdişləri təlqin etməkdən ibarətdir. Burada torpağın keyfiyyətcə qiymətləndirilməsinin nəzəri əsasları şərh edilməklə yanaşı, müasir dövrdə torpağın çirklənməsi və deqradasiyasının ən vacib xüsusiyyətləri təhlil olunur. Torpaq keyfiyyətinin normaları və bu sahə üzrə qəbul olunmuş beynəlxalq standartlar haqqında məlumatlar verilir və torpaqların vəziyyətinə ekoloji nəzarətin yeni prinsiplər əsasında həyata keçirilməsi problemi ön plana çəkilir.

Hazırda ekoloji monitorinq prosesində hansı üsullardan istifadə olunur? Bu məsələ şərh edilərkən torpağın çirklənməsinin deqradasiyasının ümumi xarakteristikası, çirkləndirici maddələrin miqrasiyası deqradasiya proseslərini doğuran digər amillər, pestisidlər, ağır metallar, radionuklidlər, gübrələr, neft neft məhsulları ilə çirklənməsi özünütəmizləmə prosesləri, habelə torpağın keyfiyyətinə nəzarət üzrə beynəlxalq standartlar barədə geniş materiallar verilir.

Əsər lakonik asan dərk olunan üslubda yazılıb, təsvir olunan problemlər onların təhlili məntiqi ardıcıllığı ilə fərqlənir, müxtəlif dioqram cədvəllərlə müşayiət olunur.

Torpağın mühafizəsi ekoloji kənd təsərrüfatı uğrunda sistemli surətdə mübarizə aparıldığı indiki dövrdə bu yeni dərslik ali məktəblərdə "Torpaqşünaslıq aqrokimya", "Aqronomluq", "Ekologiya", "Ekologiya mühəndisliyi", "Biologiya" s. ixtisaslar üzrə təhsil alan tələbələrlə yanaşı, təbiət elmləri ilə məşğul olan mütəxəssislər elmi işçilər üçün dəyərli informasiya mənbəyi kimi fayda verəcəkdir.

 

 

Fizuli AXUNDOV,

Azərbaycan Dövlət Aqrar

Universitetinin professoru,

kənd təsərrüfatı elmləri doktoru

 

Azərbaycan.- 2012.- 5 may.- S. 9.