Almaniyanın Der Westen portalında Dünya mədəni irsi Azərbaycanda turizmi stimullaşdırmalıdır sərlövhəli məqalə dərc olunmuşdur

 

Almaniyanın "Der Westen" portalında Qobustan muzeyi haqqında "Dünya mədəni irsi Azərbaycanda turizmi stimullaşdırmalıdır" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə əvvəlcə Qobustandakı qayaüstü rəsmlərin tarixi, onların aşkara çıxarılması və UNESCO-nun mədəni irsi elan olunması haqqında qısa məlumat verilir və bildirilir ki, yaxınlarda Qobustanda Daş dövründən qalma abidələrin və müasir texnikanın sintezindən ibarət müasir muzey açılmışdır. Bu muzeydə Daş dövründə yaşamış insanların fəaliyyəti kompyuter animasiyaları vasitəsilə təqdim olunur və həmin dövrü anlamağı asanlaşdırır. Bundan başqa, muzeydə qədim insanların "qaval daş"da ifa etdikləri musiqi də ziyarətçilərə təqdim olunur.

Məqalədə qeyd olunur ki, Azərbaycan Daş dövründən qalma mədəni irsi müasir texnika ilə kombinasiya etməklə gələcək illərdə turist axınını artırmağa çalışır. Belə ki, bu yerin ziyarəti Azərbaycana gələn turistlərin proqramının daimi tərkib hissəsidir.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 5 may.- S. 11.