Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunmuşdur

 

 Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Pan Gi Mun naharda iştirak etmişlər

 

Mayın 4-də Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Pan Gi Mun naharda iştirak etmişlər.

Dövlətimizin başçısı naharda çıxış etdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın sədrliyi ilə keçən yüksək səviyyəli iclasında bir sıra məsələlərin müzakirə olunduğunu deyən Azərbaycan Prezidenti İlham Əliyev əməkdaşlığa verdikləri töhfələrə görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Azərbaycan dövlətinin başçısı müzakirələrin əməkdaşlıq və konstruktivlik ruhunda keçdiyini vurğuladı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və  hazırda Şuranın iclasına sədrlik etməsini ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirən Prezident İlham Əliyev hərtərəfli dəstəyə görə bir daha minnətdarlığını çatdırdı.

BMT-nin baş katibi Pan Gi Mun isə çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə bir daha təbrik etdiuğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 may.- S. 2.