Azərbaycan Prezidenti İlham Əliyevin
Almaniyanın xarici işlər naziri Guido Vestervelle
ilə görüşü
Mayın 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelle ilə görüşü olmuşdur.
Görüşdə Guido Vestervelle Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Ölkəsinin əlaqələrimizin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Azərbaycan-Almaniya əməkdaşlığının bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi.
Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 6 may.- S. 2.