Estoniya siyasətçisi: İlham Əliyev, həqiqətən, ən populyar siyasi xadimdir!
Estoniya siyasətçisi Maks Kaur İlham Əliyevin Azərbaycanın bütün digər siyasətçiləri arasında ən populyar siyasi xadim olduğunu hesab edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupunun sabiq həmsədri Mətyu Brayzəni dəstəkləmişdir. Bu barədə AzərTAc-a məlumatı Maks Kaurun özü vermişdir.
Yeri gəlmişkən, Mətyu Brayzə hazırda Estoniyada Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinə (RKK) başçılıq edir.
M.Brayzə demişdir: "Yaxşı ki, Bakının hansı təhdidlərlə qarşılaşdığını və son dərəcə çətin bir şəraitdə qəhrəmancasına Azərbaycanın gələcəyinə yol açan bu insanların kim olduqlarını Vaşinqtonda başa düşməyə başlamışlar. Əminəm ki, Avropa İttifaqı və ABŞ Azərbaycan xalqını cəsarətlə və fəal şəkildə dəstəkləməlidirlər. Özü də hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür".
Tallinn Qanunverici Məclisinin İdarə heyətinin üzvü Maks Kaur İlham Əliyevin ölkə ərazisinin 20 faizinin işğal edildiyi, bir milyon qaçqının olduğu bir vaxtda regionda vəziyyəti nəzarətdə saxlamaq üçün böyük səylər göstərdiyini vurğulayır.
Qeyd edək ki,
ABŞ-ın Azərbaycandakı sabiq səfiri
Mətyu Brayzə mayın əvvəlində
Vaşinqtonda, Ceymstaun
Fondunda çıxış etmişdir.
Azərbaycan.- 2012.- 6 may.- S. 2.