Duraqan Çuroviç: Azərbaycanın tolerantlıq modeli, həqiqətən, fəxr ediləcək bir nümunədir

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə Serbiyaya səfəri çərçivəsində bu ölkənin dindiaspor nazirinin birinci müavini Draqan Çuroviçnazirliyin, müşaviri, professor Şiyakoviç ilə görüşmüşdür.

QMİ-dən AzərTAc-a bildirmişlər ki, görüşdə D.Çuroviç Serbiyadakı dini durum barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanın dəstəyi ilə təmir və bərpa olunmuş "Bayraqlı Cami" məscidinin və "Müqəddəs Petka" kilsəsinin açılışı ölkələrimiz arasında dini-mənəvi əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəkdir.

A.Paşazadə Azərbaycanda dinə, dini dəyərlərə və dini icmalara olan ehtiram və qayğıdan danışmış, ölkəmizdə hökm sürən, tarixən formalaşan və dövlət tərəfindən dəstəklənən tolerantlıq münasibətlərindən bəhs etmişdir. Xüsusi vurğulanmışdır ki, Azərbaycan dövlətinin siyasəti olan tolerantlığın təməli ümummilli lider Heydər Əliyevin müdrik dövlətçilik ənənəsi ilə qoyulmuşdur. Hazırda Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan dünyada nümunəvi multikulturalizm məkanı kimi tanınır. Ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasında dostluq və qardaşlıq münasibətləri Azərbaycan cəmiyyətinin inkişafına təkan verir, dövlətimizin tərəqqisində mühüm rol oynayır. Azərbaycanda Dünya Dini Liderlərinin Bakı Sammitinin, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ölkəmizin təcrübəsinin beynəlxalq müstəvidə təqdirəlayiq olduğunun göstəricisidir.

D.Çuroviç Azərbaycanın tolerantlıq modelinin həqiqətən fəxr ediləcək bir nümunə olduğunu vurğulamışdır. Serbiyada da müxtəlif millidini mənsubiyyətə malik insanlar arasında xoş münasibətlərin mövcud olduğunu diqqətə çatdıran D.Çuroviç vurğulamışdır ki, bundan sonra da hər iki ölkənin dindarları arasında mənəvi əlaqələrin inkişafı üçün hər cür şərait yaradılacaqdır.

Görüşdə Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr İşeyin və QMİ sədrinin birinci müavini Salman Musayev iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 5.