Azərbaycanşünaslığın aktual problemləri mövzusunda III beynəlxalq elmi konfrans başa çatmışdır

 

Bakıda keçirilən "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda dördgünlük III beynəlxalq elmi konfrans mayın 5-də başa çatmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının humanitarictimai elmlər bölməsinin Bakı Slavyan Universiteti ilə birgə keçirdiyi   beynəlxalq tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmişdir.

Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Çexiya, Ukrayna, Almaniya, Qazaxıstan, Litva və digər ölkələrdən olan alim və mütəxəssislərin  iştirak etdikləri konfrans "Heydər Əliyev və azərbaycançılıq ideyası", "Dilçiliyin aktual problemləri", "Ədəbiyyatşünaslığın aktual problemləri", "Fəlsəfə və mədəniyyətşünaslığın aktual problemləri", "Beynəlxalq münasibətlər", "Tarix, iqtisadiyyathüquq" bölmələri üzrə keçirilmişdir. Bölmələrdə "Heydər Əliyev və inkişafın Azərbaycan modeli", "Heydər Əliyev və Azərbaycanda milli təhsil sistemi", "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunmuş yekun mərasimdə Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev müstəqil dövlətimizin banisiqurucusu, ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Ölkələr arasında elm, təhsil əlaqələrinin vacibliyini xatırladan BSU-nun rektoru müvafiq sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor E.Nəcəfov, Rusiyanın Moskva Dövlət Linqvistik Universitetinin professoru A.Bondarev, Türkiyənin Balıkesir Universitetinin professoru A.Duymaz, Çexiyanın Çarles Universitetinin professoru Tomas Lane, digər alim və mütəxəssislər böyük şəxsiyyət Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs etmişlər.

Çıxış edənlər müstəqillik illərində Azərbaycanın dinamik inkişaf etdiyini söyləmişlər. Müasir dünyada elmin, təhsilin önəmli rolunu qeyd edən natiqlər, həm də beynəlxalq konfrans barədə fikirlərini bildirmiş, onun əhəmiyyətini vurğulamışlar.

Tədbirdə Bakı Slavyan Universiteti ilə Dağıstan Dövlət Pedaqoji Universiteti və Litva Edukologiya Universiteti arasında əməkdaşlığa dair müqavilələr imzalanmışdır.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 8.