Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Elxan Məmmədəli oğlu Abbasovun şikayətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyun ayının 1-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 9.